Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 01:55

Tbilisidə qərbyönümlülərlə millətçilər arasında qarşıdurma olub


Tbilisi, 23 iyul 2017

İyulun 23-ü gecə saatlarında Tbilisinin mərkəzində qarşıdurma yaşanıb. Qərbyönümlü avropa partiyası “Rusiya faşizminə yox!” şüarı altında yürüş keçirib. Fəallar iddia edirlər ki, ölkədəki millətçi təşkilatları Kreml maliyyələşdirir. Millətçilər mitinqin keçirildiyi yerə gəliblər və yürüş iştirakçılarına plastik butulkalar atıblar.

Qərbyönümlülərin yürüşü elə 10 gün əvvəl millətçilərin keçirdiyi yürüşlə eyni ünvanda təşkil olunub. Millətçilər həmin yürüşdə miqrasiya siyasətini sərtləşdirməyi və qeyri-qanuni miqrantların ölkədən çıxarılmasını tələb edirdilər. Millətçilər özləri fəaliyyətlərinin Kremlə əlaqələndirilməsi barədə iddiaları rədd edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG