Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 16:13

Milan Baroş “Qarabağ”la oyunda meydana çıxmayacaq


Foto arxiv

Çexiyanın "Slovan" klubunun veteren futbolçusu Milan Baroş “Qarabağ”la bugünkü oyunda meydana çıxmayacaq.

Bu barədə komandanın baş məşqçisi Yindrix Trpişovski oyundan əvvəl keçirdiyi mətbuat konfransında məlumat verib.

O, zədədən əziyyət çəkən Baroşun bugünkü oyuna hazır olmadığını bildirib.

Xatırladaq ki, Baroş Bakıda keçirilən ilk oyunda (2:2) "Qarabağ"a qol vurub.

“Qarabağ” noyabrın 24-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiyanın Liberes şəhərində yerli “Slovan” klubu ilə növbəti oyununa çıxır.

Bu oyun “Qarabağ” üçün çox əhəmiyyətlidir.

Əgər komanda bu görüşdən 3 xalla dönsə, 1/16 finala çıxacaq.

Eyni qrupda yarışan “Fiorentina” öz meydanında PAOK-a uduzmasa bu mərhələyə çıxmaq üçün “Qarabağ”ı heç-heçə də qane edir.

Hazırda qrupa 10 xalla İtaliyanın “Fiorentina” klubu başçılıq edir.

“Qarabağ” 7 xalla ikinci, PAOK 4 xalla 3-cü, “Slovan” isə 1 xalla sonuncu yerdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG