Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:30

Obama-nın qızlar proqramı qalır, amma...


Michelle Obama

Keçmiş Birinci ledi Michelle Obama-nın imza atdığı təşəbbüslərdən biri dayandırılmayacaq. Ağ ev Trump administrasiyasının guya belə bir planı olması barədə deyilənləri təkzib edir. Bu haqda «The Washington Post» qəzeti yazır.

Ötən gün –mayın 1-də CNN televiziyası «Sülh Korpusu» (Peace Corps) təşkilatının daxili elektron yazışmasına istinadla xəbər yayıb ki, keçmiş Birinci ledinin «Qoy qızlar öyrənsinlər» adlı proqramını hökumət daha dəstəkləməyəcək. Bundan bir neçə saat sonra Ağ evin sözçüsü belə bir planın olmadığını söyləyib.

CNN-in xəbərində deyilirdi ki, «Peace Corps»un direktoru vəzifəsini icra edən Sheila Crowley işçilərinə elektron məktub göndərib, təhsil kampaniyasının dayandığını bildirib. «Peace Corps» keçmiş Birinci ledinin təşəbbüsünün gerçəkləşməsində vacib rol oynayırdı.

OBAMA İŞİNİ DAVAM ETDİRƏCƏYİNİ DEYİB

Obama administrasiyası dövründə federal agentliklər bu proqrama töhfə verir, qızların məktəbə getməsinə yardım məqsədilə əlavə resurslar ayırırdılar. Obama cütlüyü həmin təşəbbüsün 2013-cü ildə Oval ofisdə pakistanlı Malala Yousafzai ilə görüşdən sonra yarandığını deyirdilər. Yousafzai qızların təhsilini təbliğ etdiyinə görə talibançılar tərəfindən başından güllələnmişdi.

Barack Obama, Michelle Obama Ağ evdə Malala Yousafzai-ı qəbul edirlər.
Barack Obama, Michelle Obama Ağ evdə Malala Yousafzai-ı qəbul edirlər.

Ağ evi tərk edəndən bəri ötən həftə ilk çıxışını edən Michelle Obama qızların təhsiliylə bağlı səylərini davam etdirəcəyini deyib. «Qızların və qadınların ağır durumda olması realdır… Mübarizə realdır», – M.Obama deyib. O, ötən il «Qoy qızlar öyrənsinlər» proqramını federal hökumətin siyahısına sala bilib. Ötən il USAID-in Qoy Qızlar Öyrənsinlər Fondu 25 milyon, «Sülh Korpusu» isə 30 milyon dollar vəsait cəlb edə bilib.

Hazırkı Birinci ledi Melania Trump və prezidentin qızı Ivanka Trump da qadınların problemlərinə diqqət ayırırlar. Birinci Ledilərin Milli Kitabxanasının tarixçisi Carl Sferrazza-nın fikrincə, onlar qızların təhsiliylə də məşğul olacaqlar.

QİDA STANDARTLARI QALDIRILIR

Amma «The Washington Post» yazır ki, keçmiş Birinci ledinin başqa bir proqramı ixtisar olunur. Prezident Trump-ın cəmi altı gündür vəzifə başına keçmiş kənd təsərrüfatı naziri Sonny Perdue məktəblərdə səhər yeməyi və qəlyanaltılarla bağlı sərt qida standartlarını önləməyə başlayıb.

NPR Obama administrasiyası dövründə məktəblərdə tətbiq olunmuş bəzi qida məhdudiyyətlərinin qaldırılacağını yazır. Məktəblər üçün qida istehsal edənlər uyğun miqdarda duzdan istifadə edə biləcək, südlə bağlı tələblər də yüngülləşəcək. Məktəblər 1 faiz dadlandırıcı əlavələr qata biləcək.

Məktəblilərin yeməyi ilə bağlı mübahisələr illərlə çəkib. 2016-cı ildə Senat kompromis həll taparaq, yeni standartların çoxunu qüvvədə saxlayıb. Həmin qaydalarda məktəblərdən daha çox meyvə-tərəvəzdən istifadə, duzun azaldılması, bütöv dənli bitkilərin artırılması tələb olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG