Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:43

Tovuz sakini meteorit tapıb?


Tapılan daş.
Tapılan daş.

-

Tovuz rayonunun Əyyublu kənd sakini tapdığı daşın göy cismi - meteorit olduğunu iddia edir.

Bu daş hamar, ağır olduğu qədər də görünüşünə görə digərlərindən fərqlənir. Naməlum səma cismi Əyyublu kəndi ərazisində, «Ağanın düzlüyü» adlanan yerdə tapılıb. Daşın çəkisi üç kiloqramdan artıqdır. Bir tərəfi çıxıntılı, o biri üzü isə yastı olan cismin meteorit olduğunu iddia edən Mübariz Mehralıyev daşın tədqiq edilməsini vacib sayır.

Mübariz Mehralıyev AZƏRTAC-a bildirib ki, daşın uc hissəsinin çapıq olması insanda səma cisminin yerə zərblə çırpılması təsəvvürünü yaradır.

Qeyri-adi daş görkəminə görə yerdəki bərk maddələrə nisbətdə də xeyli fərqlənir.

XS
SM
MD
LG