Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:43

NBCBank özünə gəlir


NBCBank
NBCBank

►İlin əvvəlindən bəri lisenziyası gah alınan, gah da özünə qaytarılan «NBCBank» ASC kapitalını artırır

Kapital Menecment investisiya şirkəti xəbər verir ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «NBCBank»ın buraxdığı 47 min 61 ədəd səhmi qeydə alıb. Hər səhmin qiyməti 243 manat 60 qəpikdir.

Beləliklə, adı ailə bankı kimi hallandırılan «NBCBank» ASC daha 11 milyon 464 min manat pul cəlb etməyi düşünür. Hazırda bank səhmdarlarının kapitalı 46,5 milyon manatdır. Bu pulun 41,4 milyonu və ya 89,1 faizi 6 nəfərə məxsusdur. Qalan 5 milyon manat 2 şirkətindir.

Mərkəzi Bankının İdarə Heyəti yanvarın 25-də «məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorlar qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə» görə «Yunayted Kredit Bank» ASC və «NBCBank» ASC-nin bank lisenziyalarını ləğv etmişdi. Bir həftə sonra «NBCBank» ASC lisenziyasını geri ala bilmişdi.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Başqa banklar da belə qərar verəcək”

Ötən həftə «AGBank» ASC-nin də səhmdarları toplaşmış və 25 milyon manatlıq nizamnamə kapitalını artırmaq üçün 100 milyon manat cəlb etmək haqqında qərar qəbul etmişdilər. Bu bank 2 başqa bankla birləşməyə dair danışıqlar aparsa da, axırda bir daha kapital bazarına üz tutub.

Təhlilçilərin fikrincə, mövcud durumda səhmdarların əlavə kapital cəlb etməsi maliyyə sabitliyinin bərpasından ötrü ən doğdu addımlardan biri olardı. «Maliyyə dayanıqlılığını və uzunmüddətli lkvidliyi təmin etmək üçün bankların təkcə Mərkəzi Bankdan borc götürməsi düzgün qərar deyil. Fikrimcə, bu il başqa banklar da belə qərarlar verəcək». Fond bazarının təhlilçisi Cəfər İbrahimov belə düşünür.

Yerli investorlar da qatıla bilər

Onun sözlərinə görə, son on ildə banklar və dolayısıyla bank sahibləri yetərincə qazanc götürüblər. Ekspert deyir ki, indi bank öhdəliklərinin icrasında yaranan gərginliyin aradan qaldırılmasında həmin pulların bir hissəsinin bank kapitalına qoyulması və risklərə qatılma payının artırılması banklara inamın artırılması baxımından məqsədəuyğundur.

Mütəxəssislərin fikrincə, əmanətlərini geri çəkmiş yerli investorlar da bank kapitalını artıra bilərlər. Bundan ötrü banklar səhmlərin bir hissəsini adi deyil, imtiyazlı, yəni müəyyən faizlə sabit dividend vəd edən formada buraxsalar, daha yaxşıdır.

Buna da bax:

Leyla Yunus: "Əliyevə minnətdaram"
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG