Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:05

Merkel və Netanyahu İranın narahatlıq yaratdığını deyirlər


İsrailin baş naziri Benjamin Netanyahu (solda) və Angela Merkel
İsrailin baş naziri Benjamin Netanyahu (solda) və Angela Merkel

Almaniya kansleri Angela Merkel və Benjamin Netanyahu İranın Yaxın Şərqdəki fəaliyyətlərinin təhlükəsizlik hədəsi yatratdığı barədə fikirlə razılaşıblar.

Merkel iyunun 4-də İsrail baş naziri ilə Berlində birgə keçirdiyi mətbuat konfransında deyib ki, İranın regiondakı təsiri, xüsusilə də İsrail üçün təhlükə yaradır.

Netanyahu İranla böyük güclər arasında 2015-ci ildə imzalanmış nüvə sazişinə düzəlişlər edilməsi və İran qüvvələrinin qonşu Suriyadan çıxarılmasına nail olmaq məqsədilə Almaniya, Fransa və Britaniyaya səfər turuna çıxıb.

Netanyahu dörd gün ərzində habelə Fransa və Britaniya liderləri ilə görüşməlidir.

O iyunun 3-də keçirdiyi kabinet iclasında deyib ki, “əsas prinsip üzərində israr edəcək: İsrail İranın Suriya və başqa yerlərdə bərqərar olmasına qarşı hərəkət azadlığını özündə saxlayır”.

İyunun 4-də habelə Beynəlxalq Atom Enerjisi Agentliyi Vyanada dörd gün davam edəcək iclas keçirir. Burada ABŞ-ın nüvə sazişindən çıxması ilə əlaqədar yaranmış vəziyyət müzakirə edilir.

İclasın əvvəlində təşkialtın direktoru Yukiya Amano İranı 2015-ci il sazişinin şərtlərinə uyğun olaraq silah müfəttişləri ilə “vaxtında və fəal” əməkdaşlığa çağırıb.

Amano bunu da bildirib ki, BAEA İranın bütün nüvə məntəqələrinə baş çəkə bilib və Tehran 2015-ci il sazişinə əməl etməkdə davam edir.

Prezident Donald Trump mayın 8-də Birləşmiş Ştatların nüvə sazişindən çıxacağını elan edib.

İsrail Trump-ın mövqeyini müdafiə edib və bildirib ki, nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində Tehran üzərindən sanksiyaların qaldırılması İrana Yaxın Şərqdəki mövcudiyyətini genişləndirmək və Livanın Hizbullah təşkilatı kimi təmsili qrupları dəstəkləmək imkanı verib.

İsrail ümid edir ki, nüvə sazişini imzalamış başqa ölkələr də ABŞ-ın mövqeyindən nümunə götürərək sənəddəki qüsurların aradan qaldırılmasını istəyəcəklər.

Amma sazişə imza atan başqa ölkələr – Britaniya, Fransa Rusiya, Çin və Almaniya bu razılaşmaya sadiq qaldıqlarını bildiriblər.

İranın ali rəhbəri ayətullah Ali Khamenei iyunun 4-də deyib ki, onun ölkəsi düşmənlər tərəfindən hücuma məruz qalarsa, bu hərəkətə şiddətli bir şəkildə cavab verəcək.

"Düşmənləri hücum etsə, Tehran 10 dəfə artıq hücum edəcək…Düşmənlər regionda müstəqil İranın olmasını istəmirlər. Biz zülm altında olan xalqlara dəstəyimizi davam etdirəcəyik. Düşmənlərimiz bizə qarşı iqtisadi və psixoloji müharibəyə başlayıblar və yeni Amerika sanksiyaları da bunun bir hissəsidir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG