Almaniya kansleri Angela Merkel-in mühafizəkar alyansı exit poll nəticələrinə görə ölkə seçkisinin qalibi olaraq dördüncü müddətə hakimiyyətdə qalacaq.
Merkelin Xristian Demokrat Partiyası və Bavariyanın Xristian Sosial İttifaqı (CDU/CSU) bloku sentyabrın 24-də keçirilən seçkidə səslərin 32, 5 – 33, 5 faizini toplaya bilib. Exit poll ARD və ZDF ictimai telekanalları üçün keçirilirdi.
Əgər bu rəqəmlər tədiqlənsə, CDU/CSU ittifaqının 12 illik hakimiyyətində onun pis göstəricisi olacaq.
Exit Poll göstərib ki, hakimiyyət koalisiyasını tərk etməkdə olan Sosial Demokratlar Martin Schulz –un başçılığı altında 20-21 faiz arasında səs qazana biliblər. Bu da İkinci Dünya Müharibəsindən sonra partiyanın ən aşağı göstəricisidir.
Exit Poll ifrat sağçı, populist Almaniya üçün Alternativ (AfD) partiyasınımn 13-13, 5 faiz səslə üçüncü ən güclü dəstəyə malik partiya olduğunu göstərib.
AfD-nin bu nailliyyəti ona böyük bir ehtimalla ölkə parlamenti Bundestaqda mandat qazandıracaq.
Bu həm də son 60 ildə Almaniyada ifrat sağçı partiyanın ilk dəfə olaraq parlamentdə təmsilçilik qazanması deməkdir. Bununla belə, bütün qalan siyasi partiyalar AfD ilə koalisiya ittifaqının mükünlüyünü istisna etdiklərini bildiriblər.
AfD-nin Berlindəki iqamətgahının qarşısına əllərində “Qaçqlınlar xoş gəlib” plakatları olan onlarca etirazçı toplaşmışdı.
Keşiş qızı olan və keçmiş sosialist Şərqi Almaniyasında böyüyən Merkel indi hökumət koalisiyası qurmalıdır. Bu proses aylarla davam edə bilər.
Tərəfdarları qarşısında çıxış edən xanım Merkel deyib ki, o “daha yaxşı nəticə” gözləyirdi, lakin AfD-yə səs vermiş seçicilərin qəlblərini yenidən ələ almaq üçün onların “narahatlıqlarına” diqqətli olacaq.
Schulz deyib ki, SPD bundan sonra müxalifət partiyası kimi çıxış edəcək.
O etiraf edib ki, “bu, Almaniya sosial-demokratları üçün çətin və acı bir gündür”.
AfD-yə gəlincə isə o, ölkəyə 1 milyon qaçqının gəldiyi dövrdə antimiqrant şüarları ilə populyarlaşıb.
Yaşıllar, Azad Demokratik və Sol partiyalıar da parlamentə üzv olmaq üçün lazım olan 5 faizlik səddi aşıblar.