Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:23

Bu haqda prezident danışmağa başlayıbsa... [video]


İlham Əliyevin cəza metodu - Ata oğula görə cavabdehdirmi?
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

İlham Əliyevin cəza metodu - Ata oğula görə cavabdehdirmi? [video]

"Bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar, həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var".

Bunu prezident İlham Əliyev iyulun 12-də Nazirlər Kabinetinin toplantısında deyib. Prezident bildirib ki, dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə, vəzifədən çıxarılacaq:

Buna da bax: Fazil Mustafa: "Eldar Mahmudovun indiyə kimi həbs edilməməsi..."

“Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın”.

İlham Əliyev NK-nın iclasında. 12 iyul 2017
İlham Əliyev NK-nın iclasında. 12 iyul 2017

Prezident bir gün öncə - iyulun 11-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovu vəzifəsindən azad edib.

Buna da bax: 'Məmurların oğurluqlarının əvəzini bütünlükdə xalq ödəyir'

Sərəncamda bunun səbəbləri açıqlanmayıb. Ancaq iyulun 12-də Baş Prokurorluq məlumat yayıb ki, generalın oğlu Rasim Orucov avtoxuliqanlıq, avtobus sürücüsünə xəsarət yetirmək ittihamı ilə saxlanıb.

Keçmiş deputat, işadamı Nazim Bəydəmirli deyir ki, prezident haqlıdır, üstəlik bu haqda prezident danışmağa başlayıbsa, deməli, vəziyyət dözülməz həddə çatıb. Nazim Bəydəmirli deyir ki, bu nəsil məmur uşaqları belə davranışa uşaqlıqdan öyrəşiblər:

Buna da bax: Çovdarov: ‘Hər 4 jetondan birinin pulu Tağı Əhmədovun cibinə gedib’

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

"Gəlirlər adekvat deyil. Əgər uşaq atasının aldığı maşınları, gəliri görürsə, istəyəndə bütün bahalı əşyalar ona alınırsa, əlbəttə ki, cəmiyyətdə qəbul olunan hüquqlar ona kifayət etməyəcək, o daha çox hüquq istəyəcək və qarşıda olanların hamısını tapdalayacaq. O hələ sabah avtobus sürücüsünü öldürə də bilər”.

Buna da bax:​ 'Bunlar Azərbaycan dövlətini holdinqə çeviriblər'

Bəs, oğula görə atanı işdən çıxarmaq çıxış yoludurmu?

Prezident İlham Əliyev çıxış yolunu məmurların işdən çıxarmaqda görür.

Biz Bakı sakinlərindən soruşmuşuq ki, sizcə, məmuru övladının əməlinə görə, işdən çıxartmaq nə qədər düzgündür.

Sizcə, ata oğulun əməllərinə görə cavabdehdirmi? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

Nazim Bəydəmirli hesab edir ki, bu problemin kökündən həll etmək üçün, korrupsiyanın, başqa sözlə, qazanılmamış pulların qarşısını almaq lazımdır.

Beynəlxalq Şəffaflıq Təşkilatının 2016-cı ilə dair hesabatına görə, Azərbaycanın korrupsiya qavrama indeksi 176 ölkə arasında 123-cü yerdədir. Azərbaycan rəsmiləri isə korrupsiya ilə yetərincə aparıldığını bildirirlər.

Buna da bax: Prezident saqqal və hicabdan uzaq durmağa çağırdı

Nazim Bəydəmirli deyir ki, idarəetmə şəffaflaşsa, davranışlar da düzələr.

Sivil Toplum Platformasının üzvü, hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, demokratik cəmiyyətlərdə hər kəs öz əməlinə görə, cəzalandırılır, amma işdən çıxarma cəza sayılmamalıdır. Onun sözlərinə görə, demokratik, hüquqi dövlətlərdə, belə hadisələr baş verərdisə, o zaman, məmurlar özləri istefaya gedərdilər:

Buna da bax: Xarici ticarət: 96 ölkəyə ixrac, 159 ölkədən idxal

"Demokratik cəmiyyətlərdə reaksiyalar da demokratik cəmiyyətin müəyyən etdiyi qaydalar çərçivəsində baş verir. Hansısa demokratik cəmiyyətdə hansısa generalın oğlu avtobus sürücüsünü döysə, böyük ehtimalla həmin şəxs özü istefaya gedər".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG