Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:50

Meksikada güclü zəlzələ olub, böyük tələfat var


Sentyabrın 19-da Meksikada baş vermiş güclü zəlzələ nəticəsində dağıntılar olub və azı 120-dən çox insanın həlak olduğu xəbər verilib.

Mərkəzi Meksikada baş vermiş zəlzələnin gücü 7, 1 bal olub. Onun episentri paytaxt Mexikodan 120 kilometr cənubda olan Puebla ştatındadır.

Paytaxt Mexikoda azı 30 nəfərin həlak olduğu xəbər verilir. Paytaxtdan cənubda yerləşən Morelos ştatında ölənlərin sayı azı 55-dir. Puebla ştatında azı 26 nəfər həlak olub.

Meksika mediası zəlzələ nəticəsində çox sayda binanın uçduğunu, elektrik təchizatının kəsildiyini bildirir.

Dağılmış xəstəxanalar pasientləri evakuasiya edir.

Təsadüfən elə sentyabrın 19-da səhər Mexiko şəhəri boyunca 1985-ci ilin 19 sentyabrında baş vermiş zəlzələnin ildönümü günü münasibətilə zəlzələdən xilas məşqləri keçirilirdi.

1985-ci il zəlzələsində 9500 nəfər həlak olmuşdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG