Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:32

Birinci vitse-prezident ötən il yaralanan hərbiçilərlə görüşüb


Mehriban Əliyevanın iştirakı ilə görüş. 03aprel2017
Mehriban Əliyevanın iştirakı ilə görüş. 03aprel2017

Bu gün, aprelin 3-də Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Mehriban Əliyevanın iştirakı ilə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub.

Görüşdə Mehriban Əliyeva deyib ki, həmin döyüşlərdə işğal altındakı minlərlə hektar Azərbaycan torpağı uğurlu əks-hücum əməliyyatı nəticəsində azad olundu:

Buna da bax:​ ‘1-ci ledi elə 1-ci lediydi, onun vitse-prezident olmasına nə ehtiyac vardı?’

“Bu, Azərbaycanın böyük hərbi qələbəsidir. Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq”.

Mehriban Əliyeva həmin döyüşlərdə Azərbaycanın itkilərindən də danışıb:

“Aprel döyüşləri zamanı bizim itkilərimiz oldu. Bu itkilər bizim hamımız, hər bir azərbaycanlıdan ötrü böyük dərddir. Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular, ömürlərini qurban verdilər. Onların əziz xatirəsi Azərbaycan xalqının ürəyində daim yaşayacaq”.

Mehriban Əliyeva vurğulayıb ki, Qarabağ münaqişəsinə tezliklə son qoyulmalıdır.

Buna da bax: 'İlham Əliyevin sultan elan olunacağı günü ağla gətirmək...'

Mehriban Əliyevanın iştirakı ilə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub.
Mehriban Əliyevanın iştirakı ilə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub.

“Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Münaqişə beynəlxalq hüququn normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapmalıdır”.

Mehriban Əliyeva deyib ki, yaralıların tezliklə normal həyata qayıtmağından ötrü Azərbaycan dövləti bütün lazımi addımları atmağa hazırdır:

“Mənim tapşırığımla sizin hər birinizə fərdi yanaşma tətbiq olunacaq və normal hərəkət dinamikasına yardım edən müasir protezlə təmin olunacaqsınız. Tapşırığıma əsasən xüsusi işçi qrup yaradılıb. Bu qrupda çalışan insanlar həm protezlərin təminatı, həm də gələcək mərhələdə onların texniki xidmətini həyata keçirəcəklər. İyirmi gün ərzində bütün lazımi işlər həyata keçiriləcək və mənə yekun hesabat təqdim olunacaq”.

Buna da bax:​ 'Əlilə yardım edilməsə, məhv olacaq'

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə deyib ki, hazırda Azərbaycanda ərazi bütövlüyü, müstəqillik və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 13,5 min nəfərə əmək pensiyaları, sosial müavinətlər, prezident təqaüd verilir:

“2016-cı ildə 103 nəfər müharibə əlilinə, son 20 il ərzində isə 3476 nəfərə pulsuz avtomobil verilib. Müharibə əlilləri və şəhid ailələrinə son 20 il ərzində 3646 mənzil və fərdi ev təqdim edilib”.

Xatırlatma

Ötən il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində ağır döyüşlər gedib. Hər iki tərəfin itkilər verdiyi bildirilir. Bu döyüşlərdə Azərbaycanın Lalə Təpə yüksəkliyini azad etdiyi deyilir.

Buna da bax:​ 1-ci vitse-prezidentin qanunla hansı hüquq və vəzifələri var? [video]

Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG