Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:10

Mehman Hüseynovun məhkəməsi başlayır


Mehman Hüseynov
Mehman Hüseynov

Həbsdəki videobloqqer Mehman Hüseynovun işinə Ali Məhkəmədə baxılacaq.

Bu haqda onun vəkili Fuad Agayev məlumat verib.

Vəkilin bildirdiyinə görə, videobloqqerin azadlıqdan məhrum edilməsi hökmündən verilmiş kassasiya şikayəti icraata qəbul edilib. Şikayətə 1 aydan sonra, iyunun 5-də baxılacaq.

Kassasiya şikayətində Mehman Hüseynova qarşı ittihamların əsassız olduğu vurğulanaraq, onun barəsində bəraət hökmünün çıxarılması istənilir.

Bloqqerin şikayətinə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi məhkəmə heyəti baxmalıdır.

Xatırlatma

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin iddiası əsasında həbs olunub.

Hüseynov polisə böhtan atmaqda suçlu bilinib. O həbsindən öncə saxlanarkən polisdə ona fiziki zor tədbiq edildiyini açıqlamışdı. Polis isə bunu böhtan adlandırıb.

Apellyasiya Məhkəməsi onun haqqındakı hökmü qüvvədə saxlayıb. Lakin Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb.

Bakı Apellyasiya Məhkəməsi isə bloqqer barəsində aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb.

Mehman Hüseynov çəkdiyi videolarda bəzən hökumətin gördüyü işləri tənqid edib. Bəzən də yüksək vəzifəli şəxslərin, deputatlara aid olduğunu bildirdiyi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb.

XS
SM
MD
LG