Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:14

Mehman Hüseynovdan təzə xəbər var


Mehman Hüseynov. 02march2017

"Mən möhkəməm. Əhvalım da mənə görə, narahat olanların gözlədiyindən də yüksəkdir..." - Mehman Hüseynov vəkilinə bildirib.

Bu gün, martın 3-də Suraxanı rayon Məhkəməsinin hökmü ilə böhtana görə, 2 il müddətinə azadlıqdan məhrum edilən bloqqer Mehman Hüseynovun əhvalı yaxşıdır.

* Youtube Kanalımıza abunə olun - Yeni video olacaq, izləyin

Bu sözləri Azadlıq Radiosuna açıqlamasında bloqqerin vəkili Elçin Sadıqov deyib. Vəkil M. Hüseynovla martın 3-ü axşam saatlarında Şüvəlandakı təcridxanada görüşüb.

Buna da bax:​ Mehman Hüseynovun həbsinə reaksiyalar [yenilənir]

“Tənqid edirsənsə, yolun burdan keçməlidir”

“Mən möhkəməm. Əhvalım da mənə görə, narahat olanların gözlədiyindən də yüksəkdir. Mənə görə narahat olan bütün insanlara minnətdaram. Jurnalistsənsə, bloqqersənsə mədh yox, tənqid edirsənsə, yolun burdan keçməlidir”, o, vəkilinə bildirib.

Elçin Sadıqovun sözlərinə görə, bloqqer hazırda karantində saxlanılır. Onun saçlarını qırxıblar...

Vəkil ən yaxın günlərdə bloqqer barəsində hökmdən apellyasiya şikayəti verəcəyini də qeyd edib.

Buna da bax:​ Mehman Hüseynov: 'Nə göstəriş verilibsə, o olacaq'

Xatırlatma

Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Onu Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

Buna da bax: Mehman Hüseynov: 'O, mən deyiləm'

Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Mehman Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.

Yanvarın 11-də isə M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Buna da bax:​ Mehman Hüseynova 2 il həbs verilib- [video]

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız saymışdı. Ardınca da Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında bloqqerdən şikayət etmişdi. Onun şikayətində Mehman Hüseynovun işgəncələrə məruz qalması ilə bağlı dedikləri polisə böhtan kimi dəyərləndirilirdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG