Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 13:10

'Saçımızı qırxıb, Mehmana dəstək olaq'


Mehman Hüseynov məhkəmədən sonra jurnalistlərlə söhbət edərkən, 10 yanvar 2017

“Mühman Hüseynovun həbs edilməsi gözlənilməyən addım deyildi. Azərbaycanda hamı üçün belə bir perspektiv var. Amma həbsin belə tələsik, ciddi prosedur pozuntuları ilə baş verməsi gözləntilərimizi üstələdi”.

Bunu martın 4-də bloqqer Mehman Hüseynovun həbsi ilə bağlı Bakıda keçirilən konfransda jurnalist Xədicə İsmayıl deyib.

Xədicə İsmayıl toplanıtının məqsədinin bloqqerin müdafiəsi ilə bağlı səylərin artırılması olduğunu bildirib.

Xədicə İsayıl
Xədicə İsayıl

Toplantıda bloqqerin həbsinin hüquqi yönləri barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin deməsinə görə, bloqqerin məhkəmə prosesi başdan-ayağa pozuntularla keçib.

Apellyasiya şikayəti hazırlanır...

E.Sadıqov hökmün qanuni əsaslarının olmadığını deyib.

“Bu bədnam hökm çəkişmə prinsipinin pozulması ilə qəbul edildi. Məhkəmə xüsusi ittihamçının iştirakını təmin etmədi. Müdafiə tərəfinin vəsaitlərinin də heç birini diqqətə almadı. Müdafiə tərəfinin yekun çıxışına hazırlaşmasına da zaman ayırmadı”.

Buna da bax: Mehman Hüseynov 2 il həbs cəzası aldı​

Elçin Sadıqov ötən axşam bloqqerlə görüşdüyünü, onun əhvalının yüksək olduğunu bildirib.

Vəkil hökmdən apellyasiya şikayəti hazırladığını bildirib. Onun qənaətincə, hökm yuxarı məhkəmələrdə azacıq da olsa ədalətlə incələnərsə, onun ləğv edilməsindən başqa yolu yoxdur.

“Azərbaycan məhkəmələrinin böhtan və təhiqlə bağlı təcrübəsi heç vaxt Avropa Məhkəməsi təcrübəsinə, hətta milli qanunvericiliyə uyğun olmayıb. Ona görə də Mehman Hüseynovla bağlı belə bir hökmün verilməsi tamamilə gözlənilən idi”.

Bunu isə digər hüquqşunas Xalid Ağaliyev bildirib. O, bir neçə məqama diqqət çəkib.

İşgəncə ilə bağlı prokuroluğun qərarı var...

Xalid Ağaliyev, 19 iyul 2013
Xalid Ağaliyev, 19 iyul 2013

“Bu işdə əsas predmet M.Hüseynovun ona polisdə işgəncə verilməi ilə bağlı açıqlaması idi. Həmin açıqlamanı Nəsimi Məhkəməsi onu inzibati qaydada cərimələdikdən dərhal sonra vermişdi. Nəsimi Məhkəməsinin qərarı həm də bloqqerin işgəncəyə məruz qalıb-qalmamasının prokurorluq tərəfindən araşdırılmasını nəzərdə tuturdu. Prokurorluq işgəncə iddiasını araşdırıb və bizə qərarını göndərib. Həmin qərarda da dolayısı ilə göstərilir ki, bloqqerin üzərinə işgəncə potensiallı əlamətlər olub. Ancaq prokurorluq polislərin ifadəsinə istinad edərək bununla bağlı cinayət işi açmaqdan imtina edib. Bu qərardan məhkəmə qaydasında şikayət də verilib”,

deyən hüquqşunas işgəncə iddiası üzrə mübahisə davam etdiyi durumda bloqqerin böhtana görə həbs olunması doğru deyil.

“Polisdə işgəncə ittihamları dəfələrlə olub. Ancaq kimsə cəzalanıdırılmamışdı. Ona görə böhtan adı ilə həbs əsas səbəb deyil. Məncə, ilk növbədə bu hökm M.Hüseynovun cəzalandırılması məqsədi daşıyırdı. Onun iki gün əvvəl “siz rəhbər olsanız, xanımınızı müavin təyin edərsinizmi” mövzusunda sorğusu olub. Bundan başqa Elmar Hüseynovun qəbri üzərdinə sərt çıxışı da olmuşdu”. M.Hüseynovun həbsinin siyasi tərəfləri haqda danışan Turan Agentliyinin rəhbəri Mehman Əliyev belə deyib.

Əsas motiv cəmiyyəti, sosial şəbəkə fəallarını qorxutmaqdır

Mehman Əliyev onu da vurğulayıb ki, bloqqerin işində əsas motiv cəmiyyəti, sosial şəbəkə fəallarını qorxutmaqdır.

Mehman Əliyev, mərhum jurnalist Elmar Hüsüynovun məzarı önündə, 2 mart 2017
Mehman Əliyev, mərhum jurnalist Elmar Hüsüynovun məzarı önündə, 2 mart 2017

Toplantıda siyasətçilərin, ictimai fəalların çıxışları, təklifləri dinlənilib.

Hüquqşunas Xalid Bağırov ölkə başçısının bir müddət əvvəl az ağır cinayətlər törədənlərin həbs edilməməini nəzərdə tutan sərəncamını yada salıb.

“Bu gün hökumət həmin sərəncamı bütün beynəlxalq təşkilatlarda islahat kimi təqdim edir”, deyən hüquqşunas M.Hüseynovun həbs olayından istifadə etməklə bu təbligatı faş etməyin lazım olduğunu ifadə edib.

Hüquqşunas həmçinin bloqqerin həbsinə görə, AŞPA-da Azərbaycanın səs hüququnun əlindən alınmasına qədər beynəlxalq kampaniyaların aparılmasını təklif edib.

İctimai fəllardan Nicat İbrahim isə gəncləri bir gün əvvəl təcridxanada saçları qırxılan Mehman Hüseynova dəstək məqsədilə saçlarını qırxmağa dəvət edib.

Toplantının yekununda müzakirələrin davam etdirilməsi, bloqqerin müdafiəsi ilə bağlı mütəşəkkil kampaniyaların aparılması qərara alınıb.

XATIRLATMA

Martın 3-də Suraxanı Rayon Məhkəməsində bloqqer Mehman Hüseynova 2 il həbs verilib.

Bu haqda Suraxanı Rayon Məhkəməsi hökm çıxarıb.

Bir qədər öncə iddiaya baxan hakim Ceyhun Qədimovun sədrliyi ilə məhkəmə heyəti müşavirəyə getmişdi. Hakim yarım saatlıq müşavirədən qayıdaraq qərarı elan edib.

Mehman Hüseynovun CM-nin 147.2-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunması istənilirdi. Onun polisə böhtan atdığı iddia olunurdu. Mehman Hüseynov yanvarın 10-u açıqlamasında polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.

Toplantıda hüquqşünasların dedikləri ilə bu videoda tanış ola bilərsiz.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG