Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:52

'Vaxt gələcək, Mehman Qələnədrovun müəmmalı ölümünün üstü açılacaq'


Mehman Qələndərov

“Vaxt gələcək, Mehman Qələnədrovun müəmmalı ölümünün üstü açılacaq. O, Azərbaycvanda demokratiya və azadlıq uğrunda prinsipial mübarizədə aparıb”.

Hüquq müdafiəçisi Oqtay Güləliyev bir il əvvəl Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə vəfat edən bloqqer Mehman Qələndərovun anım mərasimində belə deyib. Jurnalistlər, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları mərhum M.Qələndərovun vəfatının bir illiyini onun Bakı İstintaq Təcridxanasının yaxınlığında yerləşən qəbristanlıqdakı məzarı önündə anıblar.

O.Gülalıyev M.Qələndərovun ölümündən öncə bir müddət Gürcüstanda yaşamasından, hökuməti sosial şəbəkələrdə tənqid etməsindən, kütləvi aksiyalarda faəl iştirak etməsindən danışıb. Gürcüstandan Azərbaycan qayıtdıqdan sonra bloqqerin saxlandığını bildirən hüquq müdafiəçisinin sözlərinə görə, sonra ona işgəncə verilməsinə aid ehtimallar var.

Buna da bax: Bloqqerin ölümü ilə bağlı cinayət işinə xitam verildi

“Ölümünü də gizli saxlayırdılar, gizli dəfn eləmişdilər. Nəşini ailəsinə təhvil verməmişdilər”, deyən hüquq müdafiəçisi onun ölümünün müəmmalı olduğunu vurğulayıb.

“Beynəlxalq qurumlar bu müəmmalı ölümün üstünün açılması üçün tələblər, çağırışlar səsələndiriblər. Ancaq çox təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti digər müəmmalı cinayətlərdə olduğu kimi bu cinayəti də ört-basdır etməklə məşgul oldu. Cinayət işini bağladılar.”.

O.Gülalıyev deyib ki, vaxt gələcək, Mehman Qələnədrovun ölümünün gerçək səbəbləri açıqlanacaq, onda günahkarlar qanun qarşısında dayanacaqlar.

Xatırlatma

M.Qələndərov 2017-ci il fevralın 7-də həbs olunub. Bloqqerə cinayət məcəlləsinin (CM) 234.2 (satış məqsədi ilə narkotik vasitələr, psixotrop maddələr əldə etmə, saxlama, hazırlama və satma) maddəsi ilə ittiham verilib. İlkin istintaq dövründə üç aylıq həbs-qətimkan tədbiri seçilib.

Həbs günü M.Qələndərov Facebook səhifəsində yazmışdı: «Hamımız Qiyas ( Narkotik ittihamı ilə həbs olunub 10 il azadlıqdan məhrum edilən Qiyas İbrahimov nəzərdə tutulur. Gənc fəalın özü həbsini Heydər Əliyevun abidəsinə şuar yazılması ilə izah edib – red.) kimi olaq. Qul olma!».

Bundan bir saat sonra polis əməkdaşlarının M.Qələndərovun kirayədə yaşadığı mənzilə gələrək onu tutduqları bildirilir.

2017-ci il aprelin 28-də isə o, istintaq təcridxanasında dünyasını dəyişib. Hadisədən sonra Ədliyyə Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə bəyanatda M.Qələndərovun özünü asaraq intihar etdiyi bildirilirdi.

M.Qələndərovun ölümü faktı üzrə Sabunçu rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdı.

Bundan bir qədər sonra ölüm işi ilə əlaqədar başlanmış cinayət işinə xitam verildyi bildirilib.

Verilən məlumata görə, xitam qərarı M.Qələndərovun ölümündə cinayət tərkibi olmaması, intihar etməsi ilə əsaslandırılıb.

Multimedia

XS
SM
MD
LG