Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:03

Medvedev nazirə qəzəbləndi: "Budilnik"i müxtəlif yerlərə qoy!- [Video]


Dmitry Medvedev
Dmitry Medvedev

Rusiyanın baş naziri Dimitry Medvedev hökumət iclasına gecikdiyinə görə kənd təsərrüfatı naziri Aleksandr Tkaçevi tənbeh edib.

Bu barədə martın 30-da RİA Novosti, İnterfaks və digər Rusiya agentlikləri məlumat yayıb.

“Arktika forumunda iştirak etməyənlərə böyük Arktika salamı. Amma Aleksandr Nikolayeviç, bu o demək deyil ki, hökumət iclasına gecikmək lazımdır. Biz sizi gözləmişik. Mən axşam evə çox gec dönmüşəm, amma yerimdəyəm, sizi isə gözləyiblər. “Budilnik”i müxtəlif yerlərə qoyun”, deyə Medvedev vurğulayıb.

Baş nazir xatırladıb ki, Arxankelsdə Arktika forumu başlayıb, hansı ki, onda Tkaçev də iştirak edib.

“Komsomolskaya Pravda” yazır ki, baş nazir Dimitry Medvedev martın 29-da prezident Vladimir Putinlə birlikdə “Frants-İosif” torpağına baş çəkib, Arktikada aparılan ümumi təmizləmə işləri və “Russkaya Arktika” parkındakı mənzərə ilə tanış olublar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG