Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 04:46

Hansı media orqanlarına inanırlar


Fake news

Birləşmiş Ştatlarda ötənilki prezident seçkisi zamanı «saxta xəbərlər» yayan media barədə söz-söhbət çıxdı, prezident postuna keçən Donald Trump isə medianı «xalqın düşməni» elan etdi. Beləliklə, jurnalistlər xəbər qurumlarına ictimai inamla bağlı yeni suallarla üzləşdilər.

Görəsən, bugünkü yüklü siyasi iqlim mühitində hansı xəbər mənbələrinə daha çox inanırlar, hansılara bel bağlamırlar? Mediaya inam fərdlərin xəbər qurumlarını maliyyələşdirmək qərarlarını nə dərəcədə təsir edir?

Missuri Universitetindəki Reynolds Jurnalistika İnstitutunun (RJI) «Xəbərə İnam» layihəsi bu suala cavab tapmağa çalışır. Layihənin məqsədi jurnalistlər və qeyri-jurnalistlər arasındakı münasibətlərdə inam və inamsızıq elementlərini daha yaxşı anlamaqdır. Layihə çərçivəsində Birləşmiş Ştatlar ərazisində fərqli media izləyicilərindən informasiya toplamaq niyyətilə 28 nyuz-rumla işləyiblər. Hesabatda həmin məlumatlar təhlil olunub.

TRUMP DA SİYAHIDADIR

Sorğunun nəticəsinə görə, ABŞ oxucusunun 10 ən çox inandığı xəbər mənbəyindən dördü Britaniyada yerləşir. Ən etibarlı mənbə «The Economist» sayılıb, «Reuters» üçüncü, BBC dördüncü, «Guardian» yeddinci yerdədir.

Ən az etibarlı xəbər mənbələri isə «Breitbart», «BuzzFeed» və sosial mediadır. Donald Trump ən etibarsız xəbər mənbələri içində beşinci yeri tutub. Özünü siyasi-ictimai təşkilat adlandıran «Occupy Democrats» cədvəlin sonunda yer alıb.

Ən doğru məlumatı, sizcə, hansı media orqanı verir? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Onlayn sorğuya 9 minədək respondent cəlb olunub. Onlardan istənilib ki, inandıqları 3 və inanmadıqları 3 xəbər mənbəyinin adını çəksinlər.

ABŞ izləyicisinin etibar etdiyi ilk 10 xəbər provayderlərinin digərləri NPR, PBS, «The Wall Street Journal», «The Los Angeles Times» və «Dallas Morning News»dur.

ETİBARIN SƏBƏBİ

39 media orqanı içində «The Washington Post» 15-ci, «The New York Times» 19-cu, «Fox News» 29-cu yerdədir.

Respondentlərdən onu da soruşublar ki, xəbərin etibarlı olduğunu haradan bilirlər. Ümumi cavablar belə olub – «digər mənbələri də var», «hadisənin hər iki tərəfi var», «bir neçə mənbə yoxlanılıb».

Tədqiqatçıların fikrincə, fərqli siyasi ideologiyalara istinad edən istifadəçilər arasında böyük fərqlər var:

«Liberal respondentlər mühafizəkarlara nisbətən mediaya daha çox inanır və onu dəstəkləyir. Son seçkidəki ritorikanı nəzərə alsaq, bu nəticə elə də təəccüb doğurmur».

Araşdırma onu da üzə çıxarıb ki, qadınlar kişilərə nisbətən ənənəvi jurnalistikadan gələn informasiyaya daha çox inanırlar. Eyni fikri qeyri-ağdərililərə nisbətən ağdərili respondentlər barədə də demək olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG