Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:30

'Məgər idarə MTN və Beynəlxalq Bankda baş verənləri görməyib?' [media icmalı]


"Keçmiş MTN-də baş verənlər". İllüstrasiya. Gündüz Ağayev.
"Keçmiş MTN-də baş verənlər". İllüstrasiya. Gündüz Ağayev.

Azərbaycanın tranzit imkanları, korrupsiyaya ilə mübarizənin səviyyəsi və ölkədə yaşamaq imkanları 18 yanvar, 2018-ci il - medianın aparıcı mövzularındandır...

Korrupsiya ilə mübarizə necə gedir?

Novoye Vremya” qəzetində “İri korrupsionerlər “sudan quru” çıxdılar” sərlövhəli yazı oxumaq olar .

Yazıda vurğulanır ki, Azərbaycanda korrupsiyaya ilə yetərli mübarizə aparılmır.

Buna da bax: 'MTN işi'ndə nə baş verir? [video]

Müəllif yanvarın 18-də Baş prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində 2017-ci ildə görülmüş işlərlə bağlı mətbuat konfransı keçirildiyini xatırladır. Amma yazıda bu mübarizənin səviyyəsindən narazılıq ifadə edilir:

Sabiq MTN-nin baş qərargahı
Sabiq MTN-nin baş qərargahı

“Korrupsiyaya ilə mübarizə lazımdır, amma bu indiki kimi olmamalıdır. Ölkədə korrupsiyaya ilə mübarizə üçün bütün normativ aktlar qəbul edilib. Bununla belə yenə də bunu kiçik rüşvətxorluqla mübarizə kimi başa düşürlər və hər dəfə də iri korrupsionerlər məsuliyyətdən canlarını qurtara bilirlər”.

Müəllif xatırladıb ki, bir müddət öncə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində milyonlarla manat vəsaitlərin mənimsənilməsi, israfı, talaması iddialari ilə bağlı “hay-küy”lü cinayət işi məhkəməyə çıxarılıb:

“Nə üçünsə iri korrupsionerlər hələ də azadlıqdadır...”

Müəllif sual edir ki, məgər idarə keçmiş Milli Təhlükəsizlik Nazirliyində, Beynəlxalq Bankda baş verənləri görməyib?

Buna da bax: MTN polkovniki: '579 adam tutmuşam, amma heç birinin evində... '

Yazıda vurğulanır ki, ölkədə iri korrupsiya hallarının ifşasından ötrü çoxdan sosial sifariş var:

“Amma bu cinayət işlərində adları çəkilənlər məhkəmədə nazirə hər ay 300 min manat verdiklərini deyirlərsə və nazir də hələ azadlıqdadırsa, bu korrupsiyaya ilə necə mübarizə aparmaqdır? Əgər, şöbə müdirləri ayda 30-40 min manat vəsaiti ciblərinə qoyublarsa, o zaman korrupsiyanın həcmini anlamaq o qədər də çətin deyil...”

Azərbaycana gələnlər və gedənlər...

Azadlıqinfo.az” saytında “Yaşa(ma)malı ölkə” sərlövhəli yazı yer alıb.

Müəllif Rövşən Hacıbəyli Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin bəzi rəsmi rəqəmlərindən çıxış edərək ölkədə mövcud vəziyyətlə bağlı öz mülahizələrini ifadə edib.

Arxiv fotosu
Arxiv fotosu

Yazıda bildirilir ki, rəsmi məlumata görə, ötən il Azərbaycana daimi yaşamaqdan ötrü gələn 2751 nəfər qeydə alınıb. Azərbaycandan isə gedən 1704 nəfər qeydiyyatdan keçib. Rəsmi məlumata görə, Azərbaycana daimi yaşamaqdan ötrü gələnlər gedənlərdən 1047 nəfər çoxdur:

“Çox təəssüf ki, Azərbaycanı daimi yaşayış üçün seçən 2751 nəfərin tərkibi açıqlanmır, onların kimliyi, hansı ölkədən gəldiyi bildirilmir. İnanıram ki, onların bir hissəsi Rusiyadan, Gürcüstandan gələnlərdir, yəni elə özümüzünkülərdir”.

Buna da bax:​ Prezident müxalifətə: 'Onların kitabı çoxdan bağlanıb'

Müəllif hesab edir ki, indi reallıqda Azərbaycandan tək müxalif fikirli insanlar yox, vaxtilə hakimiyyətə xidmət etmiş bir çox insanlar da gedir:

“Bu gün təkcə müxalifətçilər yox, yapçılar da ölkədən gedir. Hakimiyyətin süfrəsinin qırıntıları ilə dolanan qəzetlərdən, saytlardan gedənlər də artıb. Sıravi vətəndaşlar belə ilk imkandaca başını götürüb qaçır. Daha yaxşı həyat, yaxşı yaşayış, normal iş, balalarının adam kimi təhsil alması üçün gedirlər. Ən mübariz adamlar belə, ölkə üçün, sivil Azərbaycan üçün canından keçməyə hazır olanlar da getməkdən danışır, ya da çıxıb gedir. Gücün tükəndiyi hər addımda duyulur”.

Yazıda vurğulanır ki, əgər, Azərbaycandan gedən insanların tərkibi araşdırılsa çox maraqlı nəticələr üzə çıxar.

Tranzitlər məkanı

Azərbaycan” qəzetində isə “Azərbaycanın beynəlxalq tranzit ölkə kimi əhəmiyyəti daha da artır” sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, coğrafi reallıq Azərbaycana tranzit imkanlarından istifadə etməyə şərait yaradır.

Buna da bax: İlham Əliyev: 'İndi bizim təcrübəmiz öyrənilir'

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılış mərasimi. Ələt. 30okt2017
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılış mərasimi. Ələt. 30okt2017

Yazıda bildirilir ki, hazırda Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin istiqamətlərindən biri də infrastruktur layihələrinin reallaşdırılmasıdır.

Müəllif yeni işə düşən Bakı-Tbilisi-Qars dəmir yolunun və üzərində iş gedən “Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyətindən bəhs edir.

Yazıda vurğulanır ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi istifadəyə verildikdən sonra ölkədən daşınan yüklərin həcmi artacaq.

Yazıda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində gedən işlərə də toxunulur:

Buna da bax: Bakı-Tbilisi-Qars işə düşdü

“Beləliklə, şimal, cənub, şərq və qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəmizə daxil olan yük axınları yeni liman kompleksində cəmlənərək Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya və əks istiqamətə - Şərqə daşınacaq”.

Müəllif bu məsələnin əhəmiyyətini nəzərə çatdırmaq məqsədi ilə dövlət başçısı İlham Əliyevdən də sitat gətirir:

“Artıq Bakı-Tbilisi-Qars Avrasiyanın nəqliyyat xəritəsini təzələyib və Azərbaycan bu sahəyə öz töhfəsini verib. Mən giriş sözümdə qeyd etdiyim kimi, Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı bütün işlər görülüb”.

XS
SM
MD
LG