Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:11

'Bəzilərinə milyonlar bağışla, bəzilərindən qəpik soruş' – [media icmalı]


"Hasar" Şerif. Karikatura
"Hasar" Şerif. Karikatura

“Azəri, Çıraq, Günəşli” yataqlar bloku ilə bağlı yeni saziş, nağdsız hesablaşmalarda problemlər və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirlinin həbsdən azad edilməsi bu gün (16 sentyabr, 2017-ci il) medianın aparıcı mövzusudur...

“Boz” maaşlar ölkəsi...

Exo” qəzetində “Azərbaycan öz iqtisadiyyatını niyə nağdsız “relslər” üzərinə keçirə bilmir?” sualına ekspert Əkrəm Həsənovla cavab axtarılır.

Buna da bax:​ 'İkili mühasibat ölkəsi'

Ekspert deyib ki, artıq ölkədə dövlət qurumları və özəl şirkətlər nağdsız hesablaşmalara keçiblər. Ancaq buna baxmayaraq ölkədə qeyri-formal bazarın miqyası sürətlə artmaqda davam edir:

Əkrəm Həsənov
Əkrəm Həsənov

“Orada çox sayda vətəndaş çalışır, özü də sözün bütün mənalarında qanunsuz işləyirlər. Onlar qeyri-leqal işləyir, vergi ödəmir, təbii ki, “boz” maaşlarını da karta köçürmək istəmirlər”.

Ə.Həsənov Mərkəzi Bankın (MB) yaxın 3 ildə ödəniş kartları ilə bağlı vəziyyətin köklü şəkildə dəyişəcəyi barədə vədini də əsassız sayır və bunu belə izah edir:

“MB bu məsələni təkbaşına həll edə bilməz və etməməlidir. Çünki, bank sisteminin vahid tənzimləyicisi deyil. Bu məsələ hökumətin, Mərkəzi Bankın və Maliyyə Bazarlarina Nəzarət Palatasının birgə layihəsi olmalıdır”.

Buna da bax:​ Dövlət büdcəsində yarım milyarda yaxın kəsir...

Ekspert bu məsələdə Mərkəzi Bankda narahatlıq doğuran məsələyə də toxunur. Söhbət ödəniş kartlarından yalnız pulların nağdlaşdırılmasından ötrü istifadə olunmasından gedir:

“Bu heç də əhalinin bu sistemə etibar etməməsi demək deyil. Vətəndaşlarda “artıq” pul yoxdur, maaş köçürülən kimi kartdan çıxarırlar. Bundan başqa, hər yerdə ödənişləri kart vasitəsilə həyata keçirmək mümkün deyil. Odur ki, maaş köçən kimi əhali onu nağdlaşdırır”.

Yazıda vurğulanır ki, MB bu ilin yanvar-iyul aylarında Azərbaycanda ödəniş kartları ilə əməliyyatların həcminin 8,2 milyard manat olduğunu bildirib. Ancaq MB və beynəlxalq şirkətlər belə hesab edirlər ki, ödəniş kartlarından istifadə müəyyən qədər artsa da ölkə daxilindəki pul vasitələrinin dövriyyəsilə müqayisədə çox cüzidir.

Buna da bax:​ ‘Kredit Zəmanət Fondu’ yaradılır

“Sanksiya qazanı”

Azadlıq.info” saytında “Gör, nələrə sevinmək zorundayıq” sərlövhəli yazıda keçmiş deputat Gültəkin Hacıbəylinin düşüncələrinə yer verilib.

Yazıda bildirilir ki, sentyabrın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa çıxıb. Gültəkin Hacıbəyli deyib ki, bu həbsin elə əvvəlcədən əsassız olduğu bəlli idi:

Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli

“Faiq Əmirli ötən il avqustun 20-də “Gülençi” kimi həbs etmişdilər. “Sübut” kimi maşınına Fətullah Gülənin Azərbaycanda çap olunmuş bir neçə kitabını atmışdılar. Baş prokurorluq bəyanat yayaraq F.Əmirlini Fətullah Gülənin imamı da elan etmişdi”.

Buna da bax:​ Sanksiya siyahısına Ramiz Mehdiyevin də salınması təklif olunur

Yazıda hesab edilir ki, bu həbsdə məqsəd Türkiyədə Fətullah Gülənə qarşı aparılan kampaniyadan yararlanaraq AXCP sədri Əli Kərimlini də “gülençi” kimi həbs etmək idi.

Müəllif yazır ki F.Əmirlinin maşınına atılan kitablardan istifadə olunması ittiham tərəfinin öz əleyhinə dönüb:

“Belə ki, orqan işçiləri həm də F.Əmirlinin maşınına atdıqları “əşyayi-dəlilin” bircə səhifəsini oxumamışdılar. Bu kitaba ön söz yazan şəxs elə baş prokuror Zakir Qaralovun dost-doğma əmisi Zahid Qaralovdur. Ona görə də məhkəmədə F.Əmirliyə qarşı başqa ittihamlar irəli sürməli oldular”.

Buna da bax:​ Faiq Əmirli həbsdən buraxıldı [video]

Yazıda bildirilir ki, Faiq Əmirlinin fəaliyyətində yeyinti tapmaqdan ötrü, həttə qəzetə başsağlığı elanları verən şəxsləri belə dindiriblər.

Yazıda vurğulanır ki, F.Əmirlinin azad olunmasının yeganə səbəbi okeanın o tayında “sanksiya qazanı”nın qaynamağa başlamasıdır.

Müəllifin gəldiyi nəticəyə görə, hansısa şirkətin 31 milyon vergi borcunu bağışlayanlar F.Əmirlidən qəpiklərin hesabını soruşublar.

“Yeni əsrin sazişi” daha böyük miqyaslıdır

Azərbaycan” qəzetində “Əsrin sazişi”ndən “Yeni əsrin sazişi”nədək” sərlövhəli yazı oxumaq olar.

Buna da bax: 'Azəri-Çıraq-Günəşli' üzrə yeni saziş imzalandı

Yazıda “Azəri, Çıraq, Günəşli” yataqlar bloku ilə bağlı sentyabrın 14-də imzalanmış yeni saziş dəyərləndirilir.

Müəllif xatırladır ki, 23 il əvvəl 1994-cü il sentyabrın 20-də Bakıda keçmiş prezident Heydər Əliyevin iştirakı ilə neft hasilatı üzrə “əsrin sazişi” imzalanıb:

“İndi dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması vaxtilə başlanan möhtəşəm işlərə mane olmaq istəyənlərə - xaricdəki əleyhdarlarımıza və daxildə aranı qarışdıran, “sapı özümüzdən olan baltalara” tutarlı cavabdır. Onlar “Azərbaycanda neft yoxdur, olmayacaq” deyirdilər, gələcəkdə nefti nəql edəcək infrastrukturun qurulmasına hər vəchlə mane olmağa can atırdılar. Azərbaycanda neft olub və var, yeni saziş isə göstərdi ki, hələ bundan sonra da olacaq!”.

Buna da bax:​ 'Neft müqavilələri niyə gizli müzakirə olunmalıdır?' -Mətbuat icmalı

Müəllif adları çəkilən yataqların işlənilməsi müddəti, neft hasilatı, dövlətin bu hasilatdan əldə etdiyi gəlirlər, yaradılan infrastruktur, neft və qaz kəmərləri barədə danışır.

“Azəri, Çıraq, Günəşli” yataqları üzrə yeni sazişin bağlanması mərasimi. 14sent2017
“Azəri, Çıraq, Günəşli” yataqları üzrə yeni sazişin bağlanması mərasimi. 14sent2017

Yazıda bu sazişin əhəmiyyətini çatdırmaq məqsədi ilə prezident İlham Əliyevdən də sitat gətirilir:

“Biz valyuta ehtiyatlarımızı artırırıq, hətta neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış bəzi çətinliklər də bizi bu yoldan döndərə bilmədi. Biz hətta, bu illərdə öz valyuta ehtiyatlarımızı artırmışıq, artıracağıq. Əlbəttə ki, “Əsrin kontraktı”nın uzadılması və “Şahdəniz” layihəsinin, “Cənub Qaz Dəhlizi”nin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək”.

Buna da bax:​ 'Şahdəniz'də hasilat dayandırılıb

“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” qazının Avropaya nəqlini nəzərdə tutur.

XS
SM
MD
LG