Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:59

Rayonlarda ucuz olan ət Bakıda niyə bahadır? [media icmalı]


Bakıda supermarketdə ətin qiyməti (arxiv fotosu)
Bakıda supermarketdə ətin qiyməti (arxiv fotosu)

Prezident İlham Əliyevin idarəçiliyi, Ölkədə iqtisadi, siyasi durum və bölgələrdə ətin ucuzlaşmasının paytaxta təsir göstərməməsinin səbəbləri bu gün, avqustun 19-da (2017) ölkə mediasının əsas mövzularındandır...

“Hakimiyyət yanılır...”

Azadlıq.info” saytında “Milli Şura siyasi mәhbuslara qarşı qәddarlığa görә İlham Әliyevdәn mәsuliyyәt tәlәb edir” sərlövhəli yazı dərc edilib.

Buna da bax:​ Cəmil Həsənli: 'Bu vəziyyəti yaradan İlham Əliyevdir'

Yazıda Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısından bəhs edilir. Saytın yaydığı məlumata görə, toplantıda müzakirələrin gedişində ölkədəki siyasi vəziyyətlə bağlı sənəd qəbul edilib.

Milli Şura Bakıda «Talana son!» şüarları ilə mitinqi
Milli Şura Bakıda «Talana son!» şüarları ilə mitinqi

Sənəddə Milli Şura AXCP sədrinin müavini Gözəl Bayramlı ilə jurnalist Əfqan Muxtarlının həbs müddətlərinin artırılmasını və “Turan” İnformasiya Agentliyinə cinayət işinin başlanmasını pisləyir:

“Siyasi müxalifətə qarşı repressiya ilə yanaşı azad medianı sonadək sıradan çıxarmaq siyasəti davam etdirilir. Bu istiqamətdə daha bir hədəf Azərbaycanın ilk müstəqil KİV-lərindən olan “Turan” İnformasiya Agentliyidir. Agentliyə qarşı vergidən yayınma ittihamı ilə cinayət işi qaldırılıb. İttihamdan verilən şikayətin məhkəmə yolu ilə araşdırılması üçün prosedur müddətin bitməsini də gözləmədən, agentliyin redaksiyasında axtarış aparılıb, onun müvafiq sənədləri götürülüb. Ortalıqda agentliyə açıq-aşkar qəsd var və bunun arxasında siyasi motivlərin dayandığını gözlətmək mümkün deyil”.

Buna da bax:​ G.Bayramlı: 'İnsanları qorxutmaq istəyirlər'

Milli Şura hakimiyyəti bu siyasətdən əl çəkməyə səsləyir. Sənəddə hesab edilir ki, bu siyasət müasir texnologiyalarla ziddiyyət təşkil edir:

“Hakimiyyət indiki dövrdə azad medianı sıradan çıxarmaqla özünü ifşa olunmaqdan sığortalamaq, törətdiyi qanunsuzluqlar, oğurluq və korrupsiya əməlləri barədə xalqın xəbər tutmasına imkan verməmək istəyirsə, yanılır. İnternet əsrində qapalı rejimlərin çirkin əməllərini ört-basdır edə bilməsi günbəgün çətinləşir”.

Ətin qiyməti - mövsüm bitəndən sonra ciddi problemlər yaşanacaq

Yeni Müsavat” qəzeti “Bölgələrdə ucuzlaşan ət Bakıda niyə bahadır?” sualına cavab axtarılır

Buna da bax:​ JMK 'Turan'a cinayət işinin açılmasını pisləyir

Yazıda ekspertlər vasitəsilə bölgələrdə ətin qiymətinin ucuzlaşmasının Bakı bazarlarına sirayət etməməsinin səbəbləri araşdırılır.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli bölgələrdə ətin qiymətinin ucuzlaşmasını təbii sayır. Onun deməsinə görə, bölgələrdə ət satan insanlar görəndə ki, alıcılıq qabiliyyəti kifayət qədər aşağı düşüb, bu da onların həm dövriyyəsinə, həm qazanclarına birbaşa təsir göstərib, qiymətlərdə endirimə gedirlər:

“Ancaq düşünürəm ki, mövsüm bitəndən sonra mütləq bu sahədə daha ciddi problemlər yaşayacağıq. Hazırda otun, yemin bol olduğu bir şəraitdə mal qara saxlayanlar yemə əlavə vəsait xərcləmirlər. Təbii ki, bunun da qiymətlərə təsiri olub. Ancaq mövsüm bitdikdən sonra yemin qiymətində artım olsa, bu da qiymətlərə bir başa təsir göstərəcək”.

Buna da bax:​ 'Ət də, balıq da, toyuq da bahalaşıb…'

Bakıda ətin qiymətinin düşməməsinin səbəblərinə gəlincə, ekspert bunun həm tələbatla, həm də logistika ilə əlaqəli olduğunu deyir:

“Yük daşımalarda istifadə olunan əsas yanacağın birdən-birə 28 faiz qiyməti qalxır. Təbii ki, yükdaşımalar bahalaşdıqca maliyyətin bir hissəsi də qiymətin üzərinə gəlir. Mən Bakıda ətin qiymətinin yaxın zamanlarda ucuzlaşacağı ehtimalını görmürəm. Qurban bayramı ilə bağlı əslində Azərbaycanda qiymətlər həmişə artır”.

Sabitliyə xidmət edən siyasi xətt

Rəsmi “Azərbaycan” qəzeti isə Azərbaycan prezidentini tərənnüm edir. “Beynəlxalq aləmdə sabitliyə xidmət edən siyasi xətt” sərlövhəli yazıda qeyd edilir ki, dünyanın nüfuzlu siyasi xadimləri Azərbaycan prezidenti İlham Əliyevin siyasi xəttinə heyran olduqlarını və onun liderlik qabiliyyətinə hörmət etdiklərini bildirirlər.

Buna da bax: Bəxtiyar Sadıqov: 'Mehriban xanımın reytinqi çox yüksəkdir'

İlham Əliyev, Mehriban Əliyeva, Rövnəq Abdullayev və Xoşbəxt Yusifzadə (arxiv fotosu)
İlham Əliyev, Mehriban Əliyeva, Rövnəq Abdullayev və Xoşbəxt Yusifzadə (arxiv fotosu)

Yazıda Azərbaycanın iştirakçısı olduğu qlobal layihələrdən bəhs olunur. Müəllif bildirir ki, Azərbaycan artıq, belə layihələrin aparıcı qüvvəsinə çevrilib:

“Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir. Azərbaycanın geosiyasi çəkisi artır, ölkəmiz regionda sabitləşdirici faktor kimi çıxış edir. Tərəfdaş ölkələrlə qarşılıqlı faydalı münasibətlər regionda sabitliyin və sülhün təmin olunmasına töhfə verir”.

Müəllif yazır ki, artıq, dünyada Azərbaycanın inkişaf modeli haqqında danışılır və nümunə kimi göstərilir. Siyasi sahədə, eləcə də beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında dövlətimizin təcrübəsi öyrənilir.

Buna da bax:​ Deputat: 'Azərbaycanda olan problemi iqtidar da çox gözəl bilir'

“Beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların təhlükəsiz yaşayışının təmin olunması həyata keçirilən xarici siyasətin prioritet məqsədləridir. İlham Əliyev ötən 14 ildə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir”.

XS
SM
MD
LG