Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:22

Ekspert: ‘Əvvəl yolu çəkirlər, sonra kommunikasiyaları dəyişirlər...’


Bakının "Nobel" prospektində asfalt maşınları

Ölkənin hərbi qüdrəti, qeyri-rasional xərclərin yaratdığı fəsadlar və ölkədən köç bu gün (14 sentyabr, 2017-ci il) medianın aparıcı mövzularındandır...

“Kolbasa yeyəndə ət yerinə ancaq soya bitkiləri hiss edirsən”

Exo” qəzetində “Qeyri-rasional xərclər Azərbaycana milyardlara başa gəlir” sərlövhəli məqalə oxumaq olar.

Yazıda ekspert Nəriman Ağayevin düşüncələrinə yer verilir.

Yazıda bildirilir ki, adətən böhran dövründə şirkət rəhbərləri qənaət rejiminə keçirlər.

Buna da bax:​ Fermerlər narazıdı: 'Məhsula çox ucuz qiymət qoyurlar'

Bununla belə müəllif vurğulayır ki, düşünülmədən xərclərin azaldılmasına getmək məhsulun keyfiyyətinin pisləşməsi kimi neqativ strateji nəticələrə və taktiki itkilərə səbəb ola bilir.

Nəriman Ağayev
Nəriman Ağayev

Ekspert Nəriman Ağayev istehsalatda normaların müəyyən olunması və pasportlaşdırılmanı ölkə büdcəsinə milyard manatlarla qənaət etməyə imkan verən vacib element adlandırır:

“Böhranla bağlı özəl şirkətlər istehsal xərclərinə normalar tətbiq etdilər və xüsusilə bu özünü ölkənin yeyinti sənayesində göstərdi. Kolbasa istehsalında məsrəf normaları o qədər aşağı salındı ki, ət yerinə ancaq soya bitkilərini hiss edirsən. Dövlət müəssisələrinə gəlincə, burada istehsala norma məsrəfləri ümumiyyətlə yoxdur”.

Ekspertə görə, dövlət müəssisələri arasında iş əlaqələndirilməsi də yoxdur. El içində deyildiyi kimi “sağ əlin nə etdiyini sol əl bilmir”.

Buna da bax:​ ‘Varlılar varlanıb, yoxsullar isə daha da yoxsullaşıb’ [media İcmalı]

Nəriman Ağayev vurğulayıb ki, bəzən “Azəravtoyol” ASC yolu çəkir, iki-üç gün sonra “Azərsu” ASC həmin yerdə kommunikasiyaları dəyişməyə gəlir və bu da külli miqdarda maliyyə itkilərilə müşayiət edilir:

“Bizim hesablamalara görə, təkcə keçən il və bu ilin ilk rübü ərzində belə boş işlərə görə, “Azərsu” ASC-nin təqsiri üzündən 30 milyon manata qədər vəsait sərf edilib. Halbuki, bundan qaçmaq olardı. Bütünlükdə isə ölkə büdcəsindən boş yerə milyardlar xərclənir”.

N.Ağayev deyib ki, işlərin belə olmasının səbəbi məmur aparatının iş xüsusiyyətidir. Çünki bu prosesdən az faydalanmırlar.

Ölkədən gedənlər çoxalır

Novoye Vremya” qəzetində “Emiqrantların sayı artır?” sualına cavab axtarırlar.

Buna da bax: Biləvərlilər: 'Yollara ayrılan pullar məmur balalarının bahalı həyatına xərclənir'

Yazıda bildirilir ki, ölkədə böhranın dərinləşməsi ilə miqrasiya məsələsi aktuallıq kəsb edir. Yüksək ixtisaslı mütəxəssislər müasir Azərbaycanda perspektivlərini görmədiklərindən ölkədən getməyi düşünürlər.

Rusiyada azərbaycanlı miqrantlar
Rusiyada azərbaycanlı miqrantlar

Yazıda vurğulanır ki, xaricdə təhsil almağa da maraq artıb.

Müəllifə görə, əksər halda miqrasiya müəyyən vəsaitləri olanlara imkan deməkdir. Qalan əhali isə ancaq hansısa təsadüfə ümid edə bilər.

Yazıda bildirilir ki, rəsmi statistikaya görə, də ölkədən gedib-qayıtmayanların sayı artmaqdadır:

“Yerli statistika 90-cı illərdə miqrasiya sahəsində rəqəmləri çox aşağı göstərirdi. 2 milyon azərbaycanlı Rusiyada yaşayır, demək olar ki, bütün ruslar Azərbaycanı tərk ediblər. Rəsmi məlumatda isə deyilir ki, 26 ildə Azərbaycana ancaq 454 min nəfər qayıtmayıb. Bu rəqəmlər isə başqa ölkələrdə yaşayan azərbaycanlıların statistikası ilə asan şəkildə yoxlana bilir”.

Buna da bax:​ Məhkəmə qərarı: AB üzvləri paylarına düşən miqrantları qəbul etməlidirlər

Müəllif vurğulayır ki, 2014-cü ildə ölkəni 10,5 min, 2015-ci ildə isə 25,9 min nəfər tərk edib. 2016-cı il ilə bağlı göstəricilər, hələ yoxdur.

Yazıda bildirilir ki, neft bumu dövründə əksinə Azərbaycana xaricidən axını olub. Amma, 2013-cü ildən etibarən vəziyyət yenidən əks istiqamətə dəyişməyə başlayıb.

Yazıda vurğulanır ki, indi bir çox insanlar yenidən xaricə üz tuturlar. Onlar qonşu ölkələrdə Azərbaycanla müqayisədə daha çox qazanmaq imkanı əldə edirlər.

Qafqazda ən güclü ordu

Azərbaycan” qəzetində isə “Qafqazın hərbi gücü” sərlövhəli yazı dərc edilib.

Buna da bax:​ Azərbaycanda qanunsuz miqrantlar aşkarlanıb

Müəllif yazır ki, prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın ən güclü və modern ordusuna sahibdir.

Yazıda vurğulanır ki, Azərbaycan ordusu nəinki regionun, eləcə də dünyanın ən peşəkar ordularından biridir.

Müəllifin fikrincə, peşəkar ordu isə xalqın müstəqilliyinin əbədi olmasını şərtləndirən mühüm amillərdəndir:

“Orduya diqqət və qayğının ən bariz təcəssümü özünü bu sahəyə ayrılan büdcə vəsaitinin dinamik artımında da göstərir. Son 10 il ərzində hərbi xərclər 20 dəfədən çox artıb, hər il dövlət büdcəsindən ayrılan vəsait ordunun maddi-texniki bazasının daha da gücləndirilməsinə xidmət edir”.

Buna da bax:​ İlham Əliyev: 'Azərbaycan ordusu 50 ən güclü ordu sırasındadır'

Arxiv fotosu
Arxiv fotosu

Yazıda “Global Fire Power” mərkəzinə istinadən 133 ölkə arasında Azərbaycan ordusunun 58-ci pillədə qərar tutması xüsusi olaraq nəzərə çatdırılır.

Müəllif vurğulayır ki, Azərbaycan hərbi tərəfdaşlarının sayını gündən-günə artırır, istənilən ölkədən ən müasir hərbi texnika, silah-sursat alaraq öz müdafiə gücünü artırır.

Müəllif bu tərəfdaşlıqda Rusiyanın adını xüsusi qeyd edərək hökumətlərarası razılaşmaya əsasən Azərbaycana ən yeni hərbi texnikanın planauyğun çatdırıldığını bildirir.

Buna da bax:​ İlham Əliyev: 'AXC-Müsavat cütlüyü torpaqlarımızı qoruya bilmədi'

Müəllif hərbi gücün artırılması ilə bağlı prezident İlham Əliyevdən sitat da gətirir:

“Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir. Bu, bizim hərbi potensialımızı daha da artıracaq...”.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG