Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 11:55

Rusiyadakı stansiya nüvə sızmasını etiraf edib


Çelyabinskin Ozersk rayonundakı Mayak nüvə emalı zavodunda (Foto arxivdəndir)

Sentyabr-oktyabr aylarında Avropa üzərində radioaktivliyin artmasına səbəb olduğu düşünülən Rusiya nüvə emalı stansiyasının vəzifəli nümayəndəsi Ural dağları rayonunda qeydə alınmış izotop sızmasının bu stansiyadan qaynaqlandığını etiraf edib.

Rusiya rəsmiləri ötən ay Mayak nüvə zavodunun yaxınlığında rutenium-106 maddəsinin yüksək konsenrtrasiyası barədə məlumat vermiş, amma sözü gedən stansiyanın radioaktiv çirklənmənin mənbəyi olmadığını bildirmişdilər.Müsəssisə məlumat vermişdi ki, burada ümumiyyətlə rutenium-106 ilə heç bir əməliyyatlar aparılmlır.

Lakin dekabrın 13-də Mayak zavodu baş direktorunun müşaviri Yuri Mokrov internetdə aparılan mətbuat konfransında deyib ki, müəssisə ara-sıra rutenium-106 izotoplarını emal edir.

Amma Makrov dərhal əlavə edib ki, Mayak radioaktiv sızmanın mənbəyi olmayıb.

Onun sözlərinə görə, radiasiya o qədər əhəmiyyətsizdir ki, onu yalnız zavodun borusunda qeydə almaq mümkün olur.

Mokrovun bu bəyanatından əvvəl Rusiyada enerji sənayesinə rəhbərlik edən Rosatom dövlət korporasiyası bildirmişdi ki, Avropa üzərindəki radioaktivliyin artmasına Yerə düşən peyk səbəb ola bilərdi.

Fransanın nüvə təhlükəsizliyi institutu - IRSN noyabrın 9-da bildirmişdi ki, rutenium-106 böyük bir ehtimalla ya Rusiyanın cənubunda, ya da Qazaxıstanın şimalındakı nüvə zavodlarının və ya radioaktiv tibb mərkəzlərinin birindən qaynaqlanır.

IRSN bunu da bildirirdi ki, radioaktiv çirklənmə sağlamlıq və ya ətraf mühit üçün təhlükə təşkil etmir. Bununla belə, başlıca narahatlıq Moskvanın Rusiyada və xaricdə hadisə ilə bağlı heç bir həyəcan qaldırmamasından idi.

Rusiyanın nüvə alimlərindən Rafael Arutyunyan demişdi ki, xüsusi komissiyanın gəldiyi nəticəyə görə nüvə çirklənməsi içində rutenium olan peykin kosmosdan Yerin atmosferinə daxil olarkən yanması zamanı baş verə bilərdi.

IRSN də bu qənaətdə idi ki, radioaktivliyin mənbəyi generatorunda rutenium olan peyk ola bilər.

Amma sonradan, noyabrda IRSN-nin sağlamlıq üzrə direktoru Jean-Christophe Gariel peyk versiyasına inanmadığını bildirmişdi.

O, sözü gedən vaxtda Yerin atmosferinə mühərriki ruteniumla işləyən heç bir peykin daxil olmadığını bildirən BMT Atom Enerjisi Agentliyinə istinad edirdi.

Rusiyanın Çelyabinsk regionunda yerləşən Mayak zavodunda 1957-ci ilin sentyabrında dünyanın ən pis nüvə qəzalarından biri baş verib. O vaxt bu zavodda tullantı çəni partlamışdı.

Həmin vaxt 23 min kvadrat kilometrdə radioaktiv zəhərlənmə baş vermiş, qonşu regionların 10 minədək sakini köçürülmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG