Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 21:06

İstanbulda 1 may nümayişi, 200-dən çox saxlanan var


Polis nümayişçiləri saxlarkən, 1 may 2017

İstanbulda 1 may nümayişində 200-dən çox adam tutulub. Bunu şəhər hakimiyyəti bildirib. Reuters və Frans Press agentliklərinin məlumatına görə isə, polis rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.

Nümayişçilər zəhmətkeşlərin 1 may beynəlxalq həmrəylik gününü Taksim meydanına yürüşlə qeyd etmək istəyiblər. Taksimdə isə nümayiş keçirməyə hökumətin qoyduğu qadağa var.

İstanbulda1 may nümayişinə on minlərlə adam çıxıb. Şəhərdə təhlükəsizliyin qorunması üçün isə küçələrə30 min polis və təhlükəsizlik əməkdaşı çıxarılıb.

Taksim meydanı 1977-ci ilə kimiİstanbulda 1 may nümayişlərinin əsas meydanı idi. Ancaq həmin ildə nümayişdə onlarla adam həlak olandan sonra Taksim nümayişlərə bağlandı.

2000-ci illərin əvvəlində meydan yenə kütləvi tədbirlərə açıldı, ancaq 2013-cü ildə hökumət əleyhinə nümayişlərdən sonra yenə bağlandı.

Günün bütün mövzuları

XS
SM
MD
LG