Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:26

Mattis deyir ki, İranla sazişdən çıxmaq olmaz


James Mattis
James Mattis

Pentaqonun başçısı Jim Mattis deyib ki, Tehranın öhdəliklərinə əməl etməməsinə dair sübutlar olmayınca Birləşmiş Ştatlar 2015-ci ildə İranla imzalanmış sazişə sadiq qalmalıdır.

O bildirib ki, İranın dünyanın 6 gücü ilə imzaladığı bu sazişdən çıxmaq ABŞ-ın milli maraqlarında deyil.

ABŞ müdafiə naziri bu bəyanatı oktyabrın 3-də Senatın Silahlı Qüvvələr Komitəsi qarşısında ifadə verərkən dilə gətirib.

Prezident Donald Trump-ın İranın sazişə əməl edib-etmədiyi barədə qərar qəbul etməsi üçün oktyabrın ortalarınadək vaxtı var.

Senator Angus King-in “bu sazişdə qalmağın ABŞ-ın milli təhlükəsizlik marağında olmasına inanırmı” sualına, Mattis “bəli senator, mən buna inanıram” deyib.

Jim Mattis bildirib: “Əgər biz İranın sazişə əməl etdiyini təsdiqləsək, əgər bunun bizim marağımızda olduğunu müəyyənləşdirsək, onda aşkar şəklildə biz bu sazişdə qalmalıyıq”.

O deyib ki, hazırda İranın saziş üzrə öhdəliklərini yerinə yetirmədiyinə dair dəlil yoxdur.

Mattis-in mövqeyi İranla sazişi “ən pis razılaşma” və “rüsvayçılıq” adlandıran Trump-ın mövqeyi ilə ziddiyyət nümayiş etdirib.

ABŞ-dan başqa bu sazişi Rusiya, Çin, Britaniya, Fransa və Almaniya imzalayıblar.

Əgər Trump adminsitrasiyası oktyabrın 16-dək İranın sazişə uyğunluğunu təsdiqləməsə, onda prezident partiyadaşlarının çoxluq təşkil etdiyi Konqres 60 gün ərzində İranın üzərinə sanksiyaların təkrar tətbiqi məsələsinə baxa bilər.

İndiyədək Trump administrasiyası İranın sazişin öhdəliklərinə əməl etdiyini iki dəfə təsdiqləyib.

Bununla yanaşı Ağ Ev dəfələrlə İranın ballistik raketləri sınaqdan keçirməklə bu sazişin “ruhunu” pozduğunu bəyan edib.

Vaşinqton bu sınaqlarla bağlı artıq Tehranın üzərinə bir neçə sanksiyalar qoyub.

Ötən ay Senatın Silahlı Qüvvələr Komitəsi qarşısında ifadə verərkən Birləşmiş Qərargahlar rəisi general Joseph Dunford da ABŞ-ın İranla sazişdə qalmalı olduğunu demişdi. O bildirmişdi ki, ABŞ bu sazişdən çıxsa, onun üçün gələcəkdə hər hansı beynəlxalq razılaşmaları əldə etmək çətin olacaq.

Lakin o həm də əlavə etmişdi ki, İran - İraq və Suriyada “terrorçu təşkilatları dəstəkləməklə” bütün Yaxın Şərqi qarışdırmaqda davam edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG