Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 23:04

Mattis deyir ki, ABŞ Əfqanıstanda uduzur


Jim Mattis

Amerikanın müdafiə naziri Jim Mattis iyunun 13-də Konqresə bildirib ki, ABŞ Əfqanıstanda qalib gələ bilmir və vəziyyəti dəyişmək məqsədilə yeni strategiya iyul ayınadək təqdim ediləcək.

Senatın Silahlı Qüvvələr Komitəsi qarşısında hesabat verən nazir bunu da bildirib ki, bu yaxınlarda Suriya hökumət qüvvələrinə raket zərbələri özünümüdafiə məqsədilə endirilib, çünki oradakı ABŞ əsgərlərinin mühfafizəsi bunu tələb edirdi.

Mattis deyib: “Biz hazırda Əfqanıstanda qalib gəlmirik. Biz bu vəziyyəti mümkün qədər tez düzəldəcəyik”.

Mattis bunu da əlavə edib ki, Pentaqon çox güman 2019-2023-cü illər üçün hərbi büdcənin 3-5 faiz artırılmasını rica edəcək.

Bundan bir gün əvvəl Jim Mattis demişdi ki, Əfqanıstan müharibəsində bütöv ölkənin hərbi probleminin həllindənsə, “regional yanaşma” tətbiq ediləcək.

ABŞ mediası yazırdı ki, müdafiə naziri Əfqanıstanda ABŞ-ın dəstəklədiyi hökumət qüvvələri ilə Taliban arasında yaranmış “durğunluğun” aradan qaldırılması üçün bu ölkəyə əlavə olaraq 3000-5000 əsgəri qüvvə göndərəcək.

Ötən həftə Birləşmiş Ştatlar Suriyada hökumətyönlü qüvvələrin dronunu vurub salmışdı, lakin insan itkisi baş verməmişdi. Elə eyni gündə ABŞ Suriya hökumətinin daha iki zirehli maşınını vurmuşdu.

Rusiya mayın 10-da bəyan etmişdi ki, Vaşinqtona Suriya hökumətyönlü qüvvələrinin vurulmasının düzgün olmadığını bildirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG