Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:19

Maştağada yeni istilik kombinatını sökmək istəyirlər


Illüstrasiya
Illüstrasiya

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) Sabunçu rayonunun Maştağa qəsəbəsində istixana kombinatının tikintisini dayandırmağa çalışdığı bildirilir.

Bu haqda istixananın sahibi İsgəndər Qurbanov danışır.

Onun sözlərinə görə, Dövlət Komitəsinin əməkdaşları iyulun 28-də tikinti işləri aparılan istixana ərazisinə gəliblər.

İsgəndər Qurbanov vurğulayır ki, həmin işçilər əmlakı məhv etməklə hədələyərək tikinti işlərini dayandırmağı tələb ediblər.

İ.Qurbanov həmçinin, bildirir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı 2016-cı ilin dekabrında istixana kombinatının tikintisinə 28 hektar sahə ayırıb.

Buna da bax: Fermerlər narazıdı: 'Məhsula çox ucuz qiymət qoyurlar'

Sahibkarlığa Kömək Milli Fondunun krediti ilə tikilir

“Kombinat Fransanın “Rishel“ şirkətinin iştirakı ilə tikilir. Layihə Azərbaycan İqtisadiyyat Nazirliyinin İnvestisiyaların Təşviqi Proqramına da daxil edilib.

Onun reallaşdırılmasına Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə kredit belə ayrılıb.

Layihə əvvəlcədən 250 yeni iş yeri və 10 mln. dollar məbləğində illik tərəvəz istehsalı üçün nəzərdə tutulub”, İ.Qurbanov bildirib.

Onu təmsil edən hüquqşünas Eldar Hüseynov isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin gətirdiyi əsaslar haqda bilgi verib.

“Komitə əməkdaşlarıöz hərəkətlərini sahibkarın kadastr çıxarışının olmaması ilə əsaslandırır. Lakin bu barədə müraciət həmin idarəyə hələ bu ilin martında göndərilib, fəqət indiyədək cavab alınmayıb. Qanuna əsasən, Komitə kadastr çıxarışını artıq bir aydan sonra təqdim etməli idi, lakin bunu etməyib. Digər dəlil icra başçısının sərəncamının Komitə ilə razılaşdırlmamasıdır. Lakin bu, Bakı şəhər İcra Hakimiyyəti ilə Komitə arasında həll edilməli olan idarələrarası problemdir ", - deyə E. Hüseynov bildirib.

Hüquqşünasın sözlərinə görə, ƏMDK nəzdindəki Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əməkdaşları kombinata gələrək, tikilini dağıtmaqla hədələyiblər.

“Qanuna görə, belə hərəkətlər bu qurumun səlahiyyətinə aid deyil, bunu müvafiq məhkəmə qərarından sonra FHN edə bilər", hüquqşünas deyib.

Buna da bax: 40 min hektar torpaq vətəndaşlardan geri alınıb​

ƏMDK nə deyir?

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə danışmaq mümkün olmayıb.

ƏMDK-nin ümumi şöbəsindən isə “Turan” Agentliyinə məsələnin araşdırılacağını, daha dəqiq bilginin gələn həftə veriləcəyini bildiriblər.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi 2009-cu il mayın 19-da ölkə başçısının fərmanı ilə yaradılıb.

Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətləri bunlardır: dövlət əmlakının idarə edilməsi, investisiyaların cəlb edilməsi, daşınmaz əmlak və torpaq sahələrinin vahid kadastrının aparılması. Bundan başqa,torpaq bazarının təşkili, torpaqların mühafizəsi və keyfiyyətinin yüksəldilməsi də Komitənin vəzifələri sırasına daxildir.

ƏMDK-in nəzdində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti fəaliyyət göstərir. Əsasnaməsinə görə, xidmət Azərbaycanda daşınmaz əmlakın vahid dövlət kadastrı, ünvan reyestri, dövlət torpaq kadastrı, yer quruluşu işləri və xüsusi təyinatlı geodeziya işlərinin həyata keçirilməsini təmin edən orqanıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG