Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:41

'Budur, ayın 15-dir, nə qış qazı var, nə yaz qazı'


Qaz yoxdur...
Qaz yoxdur...

“Dedilər, gedin evə, narahat olmayın, noyabrın 15-dən qış qazı veriləcək. Biz də gəlib oturduq, gözlədik ki, ayın 15-i yetişsin. Budur, ayın 15-dir, nə qış qazı var, nə yaz qazı”

Abşeron rayonu, Masazır qəsəbəsi, Əlağa Vahid küçəsinin sakinləri küçəyə qaz verilməməsindən gileylidirlər.

Buna da bax:​ Noyabrın 15-i də gəldi. Bəs istilik hanı?

“Yuxarılara deyin, təzyiqi artırsınlar”

Həmin küçədə yaşayan Yaşar Rzayev AzadlıqRadiosu-na danışır ki, Abşeron rayon Qaz İdarəsinin işçiləri bu vaxtadək onları arxayın salsa da, bir müddətdir əraziyə qaz verilmir. Noyabrın 15-nə vəd olunan qazdan da səs-soraq çıxmayınca, sakinlər təkrar toplaşıb qaz idarəsinə gediblər. Bu dəfə onlara əvvəlkindən fərqli söz deyilib:

“Getdik, dedik, soyuqdan donuruq, evlərdə xəstə var, qoca var, uşaq var... Dedilər, bizlik deyil, qazı yuxarı verir. Təzyiq çox aşağı olduğundan, sizə qaz gəlib çatmır. Gedin yuxarılara deyin, təzyiqi artırsınlar, sizin küçəyə də qaz gəlib çıxsın”.

Buna da bax:​ Valideyn şikayəti: 'Məktəbdə uşaqlar soyuqdan xəstələnir'

“Bu gün aldatdılarsa, sabah...”

“Tərslikdən” qaz idarəsindən sakinlərə əlaqə saxlamaq üçün verilən telefonlar da “susub”. Sakinlərdən Ədalət Əmirov deyir:

“Dedilər, dağılışın, bir azdan qaz idarəsinin işçiləri gələcək, nəsə əncam çəkiləcək. Bir nömrə də verdilər ki, gələn olmasa, əlaqə saxlayaq. Qayıdıb gözlədik, saatlar keçdi, heç kəs gəlmədi, verdikləri telefon nömrəsinə durmadan zəng edirik, cavab verən yoxdur. Soyuğun, sazağın vaxtında vətəndaşa belə toy tutmağın axırı yoxdur. Bu gün aldatdılarsa, sabah ikiqat çox toplaşıb gedəcəyik idarənin qapısına”.

“Sabaha-birigünə qaz veriləcək”

Abşeron rayon Qaz İdarəsindən “Qaynar xətt”ə bildirilib ki, abonentlərin əziyyət çəkib idarəyə gəlməsinə ehtiyac qalmayacaq: “Texniki problemlər var. Narahatlığa əsas yoxdur. Aradan qaldırılacaq. Sabaha-birigünə qaz veriləcək”.

Buna da bax:​ 'Hökumət 200 şagirdi zorla 8 sinif otağına sığışdırır'

Sakinlərinsə səbri bir tikə olub, soyuq insanların səbrini kəsib. Tezliklə əraziyə qaz verilməsə, onlar yenə qaz idarəsinin önünə toplaşacaqlarını söyləyirlər.

Noyabrın 15-dən - qış rejiminə keçidlə əlaqədar evlərə istilik verilməsi rəsmən bildirilsə də, sakinlər bildirirlər ki, əksər bina və ərazilərə qaz ya aşağı təzyiqlə verilir, ya da heç verilmir.

XS
SM
MD
LG