Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Oktyabr, şənbə, Bakı vaxtı 17:30

Martirosyan: Geniş blok yaradılsa hakimiyyətin dəyişməsi çox aydın məsələ olacaq"


Armen Martirosyan

“Əgər Garik Tsarukyan, Seyran Ohanyan, Vardan Oskanyan və Raffi Hovannisian bloku yaradılsa, bu birlik hakimiyyətin dəyişməsi üçün real tələb irəli sürə bilər.”

Bunu AzadlıqRadiosunun Ermənistan xidmətinə müxalifətdə olan “İrs” partiyasının sədr müavini Armen Martirosyan deyib.

Armen Martirosyan AzadlıqRadiosunun erməni xidmətinə müsahibə verir
Armen Martirosyan AzadlıqRadiosunun erməni xidmətinə müsahibə verir

Qeyd edək ki, “İrs” partiyası hazırda parlament seçkisinə geniş blokla getmək barədə danışıqlar aparsa da hələ ki, yekun qərar verməyib.

Partiya hesab edir ki, məsələylə bağlı hazırda geniş konsolidasiya olmasa da geniş blok yaradılması ilə bağlı səylər davam etdirilir.

Armen Martirosyan “İrs” partiyasının hakimiyyətin dəyişməsi, dəyişiklik üçün heç olmasa kiçik bir astana yaradacaq formulada iştirak edəcəyini bildirib və qeyd edib ki, belə bir geniş alyans “güc mərkəzi”nə çevrilməlidir.

O hesab edir ki, əgər Tsarukyan bloku Oskanyan və Ohanyanının qüvvələri ilə birləşsə, prezident Sarkisianın rəhbərlik etdiyi hakim partiyanı məğlub etmək üçün real imkan yaranacaq.

Seyran Ohanyan və Vardan Oskanian
Seyran Ohanyan və Vardan Oskanian

“İrs”partiyasının bu blokda olub-olmayacağına gəldikdə isə Martirosyan belə deyib: ”Əgər Garik Tsarukyan, Sergey Ohanyan, Vardan Oskanyan və Raffi Hovannisian bloku yaransa, onda hakimiyyətin dəyişməsi çox aydın məsələ olacaq. Belə bir vəziyyətin yaranacağına ümidlə yanaşırıq və “İrs” partiyası geniş blok uğrunda mübarizə aparacaq” Martirosyan deyib.

Qeyd edək ki, Ohanyan ötən ilin Aprelində Qarabağ döyüşlərindən sonra vəzifədən uzaqlaşdırılan müdafiə naziri, Oskanyan keçmiş xarici işlər naziri, Raffi Hovannisian isə müxalifətdə olan “İrs” partiyasının lideridir.

Tsarukyana gəldikdə isə o, “Çiçəklənən Ermənistan” partiyasının keçmiş lideridir və bu günlərdə ölkədə ciddi dəyişiklik etmək üçün yenidən fəal siyasətə dönüb.

Prezident Sargsyan Gagik Tsarukyanı medalla təltif edir
Prezident Sargsyan Gagik Tsarukyanı medalla təltif edir

XS
SM
MD
LG