Keçid linkləri

2017, 13 Dekabr, çərşənbə, Bakı vaxtı 07:23

Müəllimlərin əməkhaqqı kəsilib


Azərbaycan məktəbi (arxiv fotosu).

Mədəniyyət və Turizm Nazirliyinin uşaq musiqi və incəsənət məktəblərində əməkhaqları azaldılıb. Maaşların orta hesabla 10 faiz kəsildiyi bildirilir.

Nazirlik müəllimlərin əmək haqlarına yenidən baxılmasının səbəbləri və meyarları haqda suallara cavab vermir.

Müəllimlər deyirlər ki, martın əməkhaqqını ixtisarla alıblar. Bəzilərinin əməkhaqqı 40 manatadək azalıb.

Buna da bax:​ Diaqnostikadan müəllimlər nə itirir, nə qazanır?

«İslahatlar nəticəsində ödənişli təhsildən gəlir olduqda...»

Məsələ ilə əlaqədar AzadlıqRadiosu Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib. Nazirlik sorğuya birbaşa deyil, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi vasitəsilə cavab verib.

Məktubda deyilir ki, hazırda uşaq musiqi, incəsənət məktəblərində islahatlar məqsədiylə uyğun tədbirlər gerçəkləşdirilir. Məqsəd səmərəli idarəetmə sistemi formalaşdırmaq, məktəblərdə ödənişli təhsilin inkişafını təmin etməkdir. «... İslahatlar nəticəsində ödənişli təhsildən gəlir olduqda, müəllimlərin əməkhaqlarına əlavələrin edilməsi nəzərdə tutulacaq», – qurum bildirir.

Buna da bax:​ Əyalət müəllimləri nə vaxt yada düşəcək?

Maliyyə naziri xəbərdar etmişdi

Ötən ilin dekabrında Milli Məclisdə büdcə müzakirələri aparılarkən maliyyə naziri Samir Şərifov deputatlara demişdi ki, musiqi məktəblərinin birgə maliyyələşdirilməsiylə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə məsləhətləşmələr aparılıb.

"Maliyyə üçün gərəkən vəsaitin bir hissəsini dövlət, digər hissəsini valideynlər ödəyə bilər. Əgər valideyn övladının bu və ya digər sahədə öyrənməsini, ixtisaslaşmasını istəyirsə, az da olsa, bu prosesdə iştirak etməlidir», – nazir söyləmişdi.

Buna da bax:​ Universitetdə differensial əməkhaqqı sistemi

Nazirliyin xərcləri azaldılıb

Hələlik, hökumət musiqi və incəsənət məktəblərində təhsil haqqının tətbiqi və valideynlər tərəfindən ödənilməsi haqda qərar verməyib. Məsələ ictimai müzakirəyə də çıxarılmayıb.

Amma bu ildən yerli mədəniyyət və turizm idarələri ləğv olunub, onların yerində Bakı Mədəniyyət və Turizm İdarəsi və 15 regional idarə yaradılıb. Bu il dövlət büdcəsindən Mədəniyyət və Turizm Nazirliyinə 103 milyon 729,7 min manat vəsait ayrılıb ki, bu, bir il öncəkindən 21,3 milyon manat və ya 17,1 faiz azdır. Mədəniyyət sahəsi üzrə büdcə xərclərinin daha çox azaldılması nəzərdə tutulurdu. Parlamentdə müzakirələrdən sonra hökumət 3 milyon manat güzəşt etdi.

Buna da bax:​ 30 ilin müəllimi ən yüksək maaş – 450 manat alanda... [video]

Maliyyə Nazirliyi əksini iddia edir

Mədəniyyət sahəsində çalışanların əməkhaqlarının azaldılmasına Maliyyə Nazirliyi də münasibət bildirib. Qurumun mətbuat katibi Mais Piriyev AzadlıqRadiosu-nun sorğusuna cavabında deyib ki, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda «əməkhaqlarının martdan ixtisar edilməsi haqda məlumatlar cəfəngiyatdır».

O əlavə edib ki, 2017-ci ilin dövlət büdcəsində ötən ilə nisbətən əməyin ödənişi fondu üzrə 6,5 faiz artım nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG