Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:54

Bakıda marşrut sürücülərinin etirazı


Sürücülərin aksiyası. Foto: report.az
Sürücülərin aksiyası. Foto: report.az

-

Bakıda 18 saylı marşrut xəttinin sürücüləri etiraz aksiyası keçiriblər. Sürücülər «BakuBus» MMC-nin bu xəttə öz marşrutunu daxil etməsinə qarşı çıxıblar. Bu haqda etiraz aksiyası keçirən sürücülər «Report»a bildiriblər.

Sürücülər deyir ki, «BakuBus»a aid avtobusların sözügedən marşruta buraxılması 250 nəfərin işsiz qalması ilə nəticələnib.

«Bizə öncədən heç bir məlumat verilməyib. Sadəcə, 18 saylı marşrutda istifadə olunan avtobusların istismara yaramadığı bildirilib. Halbuki, bu avtobuslar təmiz şərait, kondisioner və başqa zəruri sistemlərlə təmin edilib. Bizim marşrutun dayanması 250-dən çox insanın işsiz qalması deməkdir. Biz işlə təmin olunmağımızı tələb edirik», - deyə sürücülər bildiriblər.

18 saylı marşrut həftənin bütün günləri saat 06:10-dan 23:00-dək Həmzə Babaşov küçəsi - Mərkəzi Univermaq xətti üzrə hərəkət edir.

«BakuBus» MMC Azərbaycanda keçirilən birinci Avropa Oyunlarından əvvəl fəaliyyətə başlayıb. Müasir avtobuslarla təchiz olunan «BakuBus» Bakıda əksər marşrutlara daxil edilməkdədir.

Prezident ölkənin iqtisadi durumunun müzakirəsi ilə bağlı toplantılarda bir neçə dəfə «BakuBus»un yaradılmasını sərnişindaşıma sahəsində ciddi irəliləyiş kimi xarakterizə edib.

XS
SM
MD
LG