Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 22:19

Marsda həyat əlamətləri ‘tapılıb’


Mars planetinin NASA tərəfindən çəkilmiş şəkli

NASA-nın Mars planetinə göndərdiyi özügəzən qurğu mürəkkəb üzvi kütlə aşkar edib.

Bu o deməkdir ki, “qırmızı planetdə” həyatın olması barədə nəzəriyyə gerçək ola bilər.

Ekspertlər iyunun 7-də bildiriblər ki, Curiosity yeriyən qurğusu Mars planetindəki qədim göl yatağında potensiial həyat əlamətlərini aşkar edib.

2014-cü ildə də buna bənzər təcrübələr aparılmışdı, lakin alimlərin fikrincə son tapıntılar Marsda uzaq keçmişdə həyatın mövcud olduğuna dair daha sanballı sübutdur.

Marsdakı Geyl kraterində aşkar edilmiş 3, 5 milyard yaşlı süxurlardakı üzvi molekullar həyatın mövcudluğuna birbaşa sübut olmasa da, bu planetdə vaxtilə mövcud olmuş şəraitin həyat üçün əlverişli ola biləcəyini göstərir.

Bununla yanaşı alimlər bildirirlər ki, yeni tapıntıların qeyri-bioloji izahatı da ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG