Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:53

İri market sahibləri ƏDV-nin götürülməsini istəyirlər


►“Bizim Market”, “FRESCO”, “SEBET”, “Makromart”, “ARAZ”, “Neptun”, “Bolmart” market şəbəkəsi rəhbərləri gündəlik zəruri məhsullara əlavə dəyər vergisinin (ƏDV) götürülməsini istəyirlər.

Onların məktub ünvanladığı iqtisadiyyat naziri Şahin Mustafayev aprelin 19-da bəzi supermarketlərin sahiblərilə görüşüb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev AzadlıqRadiosuna deyir ki, market rəhbərləri ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvini istəyirlər.

Onun sözlərinə görə, nazir sahibkarları dinləyib və onların qaldırdıqları məsələ nəzərdən keçirilir.

“Market şəbəkəsində biznes gəlirliyini itirib”

Supermarket sahibləri müraciətlərində qeyd edirdilər ki, manat üzən məzənnəyə keçəndən sonra, əvvəlki əməkdaş ştatını və biznesin rentabelliyini, məhsulların qiymətlərini yüksəltmədən saxlamaq mümkün deyil. Maliyyə problemləri əməkdaşların ixtisarına və marketlərin bağlanmasına səbəb olur.

Onların fikrincə, pərakəndə ticarət sahəsində vergi yükünü azaltmaq və ya vergi güzəştləri tətbiq etmək məqsədəuyğun olardı.

Suallar...

Marketlərə satdıqları malların qiymətini qaldırmağa nə mane olur? ƏDV-nin götürülməsi ilə problemlər öz həllini tapacaqmı? Marketləri hərəkətə gətirən səbəb qiymətlərin uzlaşmaması, ƏDV tətbiqi, yoxsa, şəffaf vergi sisteminin qurulması tələbidirmi?

Əlaqə saxladığımız marketlərdən bəziləri telefona cavab vermədi, bəziləri sualları rəhbərliklə razılaşdırandan sonra cavablandıra biləcəklərini söylədilər.

“Məhəllə marketləri artıq irilərin rəqibidir”

İqtisadçı Zöhrab Ismayıl hesab edir ki, iri marketləri çətinliklə üz-üzə qoyan “qara mühasibatlığın” aradan qaldırılmasıdır:

“İri marketlər artıq ƏDV ödəyicisidirlər, hər məhsula 18 faiz ƏDV ödənməlidir. Bu məbləğ iri marketlər üçün böyükdür, çünki onların rəqibləri də var. Bunlar bazarlar, kiçik, sadə vergi ödəyicisi olan marketlərdir”.

Zöhrab İsmayıl əlavə edir ki, manatın devalvasiyasının yaratdığı problemlər, iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, marketlərdən də yan keçməyib, onlar ciddi alıcı qıtlığı ilə üzləşiblər. Ekspert deyir ki, manatın ucuzlaşmasından sonra qiymət artımının qarşısını hansısa subyekti vergidən azad etməklə və ya ona güzəştlər verməklə yox, bütün ölkədə ciddi vergi islahatları aparmaqla almaq olar.

Müsahibimiz qeyd edir ki, bəzi inkişaf etmiş ölkələrdə sahələrə görə ƏDV fərqlənir:

“Məsələn, xidmət sahəsinə bir ƏDV, restoranlara başqa ƏDV tətbiq edilir. Bizdə ƏDV yüksəkdir, bir çox sektorlar da bunun ağırlığını hiss edir”, Zöhrab İsmayıl deyir.

“Qara mühasibat”lıq aradan qaldırılsa...

Müsahibimiz onu da əlavə edir ki, iri marketlərin ayrı-ayrı oliqarxların təsiri altında olması sirr deyil:

“Yadınızdadırsa, “Almalı” supermarket vardı, oliqarxlar onu elə günə qoydular ki, bazardan çıxası oldu. Azərbaycan reallığında iş adamlarının belə böyük biznes dövriyyəsini müstəqil idarə etmələri inandırıcı görünmür”.

Bununla belə, Zöhrab İsmayıl hesab edir ki, Azərbaycanda satış marketləri arasında azacıq da olsa, rəqabət var, amma artıq iri marketlərin hamısı vergi ödəyəcəksə və “qara mühasibatlıq” tamamilə aradan qaldırılacaqsa, bu rəqabət daha açıq hiss olunacaq.

Hazırda ABŞ-da yaşayan ekspert deyir ki, bu ölkədə marketlər rəqabətə davam gətirməkdən ötrü satdıqları məhsulun 20 faizini özləri qablaşdırırlar: “Bizdə də marketlər rəqabətə davam gətirmək üçün bir az özləri də yaradıcı düşünməlidirlər”, o bildirir.

Buna da bax: Serj Sarkisian Qarabağa gedib

Serj Sarkisian Qarabağa gedib
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun Radio proqramında

Lavrov yenə Qarabağa görə gəlir, bu dəfə nə gətirir?
Azərbaycan nə istehsal etməlidir ki, iqtisadiyyat dirçəlsin?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

Əliyevlər "Panama Papers"də.... (DETALLAR, VİDEO)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG