Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:32

Yerevanda satirik qəzetin yayılmasına qadağa


Marianna Grigorian
Marianna Grigorian

Yerevan meriyası ictimai nəqliyyatda hakimiyyəti tənqid edən satirik “Güvə” qəzetinin pulsuz paylanmasını qadağan edib.

Hakimiyyət hesab edir ki, qəzet vətəndaşlar arasında narazılıq doğura bilər.

Qəzetin baş redaktoru Marianna Grigoryan AzadlıqRadiosunun Ermənistan xidmətinə müsahibəsində hakimiyyətin bu addımını başa düşmədiyini deyib.

O deyir ki, bu, qəzetin işıq üzü görən ilk sayı idi, hələ ki, yayılmamışdı, amma nədənsə meriya hesab edir ki, nəşr camaat arasında narazılıq doğura bilər.

Qəzeti “Medialab” saytı nəşr etdirir. Bu sayt dəfələrlə kəskin siyasi karikaturalar dərc edib, bu cür sərgilər təşkil edib.

Ötən ilin avqustunda Yerevanın Maştotsa prospekti yaxınlığındakı meydanda belə bir sərginin açılmasından sonra, naməlum adamlar gecə vaxtı Marianna Grigoryanın maşınının şüşəsini sındıraraq prezident Serzh Sarkisian, parlamentin sədri Galust Saakyan, polis rəisi və digər hakimiyyət nümayəndələrinin karikaturalarını oğurlamışdılar.

Maşının yaxınlığında müşahidə kamerası olmasına baxmayaraq, hüquq-mühavizə orqanları hələ də şübhəliləri tapa bilməyib.

Grigoryan hesab edir ki, karikaturalar cəmiyətdəki problemləri göstərməkdə çoxsaylı yazılardan daha təsirli ola bilər.

Karikaturaçı Vage Nersisyan deyir ki, məqsədləri hətta ən çətin şeylər barədə yumorla danışmaqdır.” Qoy insanlar gülsün, nəyə görə də yox, qoy bu onlarda etiraz hissi oyatsın. Ola bilsin ki, qəhrəmanlar da buna baxıb dəyişsinlər”, deyə Vage bildirir.

Marianna Grigoryan deyir ki, meriyanın bu addımı söz azadlığının pozulmasıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG