Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:30

Rusiyada baş nazir Medvedevin ‘yaxın çevrəsinə’ daxil milyarder həbs olunub


Ziyavudin Maqomedov

Kreml milyarder Ziyavudin Maqomedovun həbsinin siyasi səciyyə daşıdığına dair iddiaları rədd edib və bildirib ki, bu, ölkədə aparılan antikorrupsiya mübarizəsinin bir hissəsidir.

Dünya Kuboku yarışları üçün qurğuların tikintisində iştirak etmiş tikinti maqnatı Maqomedov son illərdə prokurorluq tərəfindən hədəflənmiş bir neçə biznesmenlərdən biridir.

Martın 31-də Moskva məhkəməsi Maqomedovun və onun qardaşının, milyardlarla dollar dövlət vəsaitinin mənimsənməsi ittihamı ilə həbsi barədə hökm çıxarıb.

Rusiyada keçiriləcək Dünya Kuboku yarışları üçün idman qurğuları tikən başqa bir şəxs - Artur Maksidov da həbs olunub.

Prezident Putinin sözçüsü Dmitri Peskov deyib ki, bu həbslər Rusiyanın dövlət vəsaitinin xərclənməsinə necə məsuliyyətlə yanaşdığını göstərir.

Peskov maqnatın həbsinin hakimiyyətin yuxarı eşelonlarında çəkişmə ilə bağlı olduğunu təkzib edib.

O deyib ki, “bu siyasi təhlilçilərin söz-söhbətidir”.

Rusiyanın baş naziri Dmitri Medvedevin iç çevrəsinə daxil olan Maqomedov ölkənin Summa investisiya qrupunun sahibidir və Rusiyanın ən varlı biznesmenlərindən biri sayılır.

Forbes jurnalının siyahısında onun sərvəti 1, 25 milyard dollar olaraq təxmin edilir.

Onun özü dələduzluq, mənimsəmə və kriminal şəbəkə yaratdığına dair ittihamları rədd edir.

Maksidov Summa qrupuna daxil şirkətlərdən birinin sahibidir. Bu şirkət futbol üzrə dünya çempionatı üçün Kalininqradda stadion tikib.

Summa Group məhkəmənin hökmündən apellyasiya qaydasında şikayət verəcəyini bildirib.

Futbol üzrə 2018-ci ilin Dünya çempionatı Rusiyada iyunun 14-də başlanacaq.

XS
SM
MD
LG