Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 22:10

Maydan qırğını

2014-cü il fevralın 20-si Ukraynada Avropa tərəfdarlarının fasiləsiz etirazları başlayandan Avromaydanın ən gərgin günlərindən biri oldu. 2 gün idi davam edən şiddətli toqquşmalarda indiyədək ən böyük qirğın baş vermiş, 28 nəfər ölmüşdü. Lakin fevralın 20- daha da qanlı günə çevrildi. Bu qırğının nədən başladığı, atəş açmaq haqda əmrin haradan daxil olduğu hələ də sona qədər aydınlaşdırılmayıb. Məlumdur ki, günün sonuna qədər Kiyevin mərkzəində 50 etirazçının meyiti qalmışdı. Hazırda Ukrayna hökumətində təmsil olunan Avromaydan liderlərinin əksətiyyəti əmindir ki, ovaxtki prezident Viktor Yanukovichin birbaşa əmri olmasaydı, qətliam baş verməzdi. Yanukovich paytaxtdan qaçanda 17 polis də daxil olmaqla Avromaydan qurbanlarının sayı 100-ə çatmışdı. AzadliqRadiosunun hazırladığı interaktiv xəritədə 20 fevral hadisələrinə detallarla baxmaq üçün aktiv nöqtələri sıxın

XS
SM
MD
LG