Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 10:15

Mançester terror olayına görə 10 nəfər saxlanıb


Mançester, 25 may 2017

İngiltərənin Mançester şəhərində mayın 22-də törədilmiş partlayışla əlaqəli 10 nəfər şübhəli qismində saxlanıb. Sözügedən olay zamanı 22 nəfər ölüb, 60-dan çoxu yaralanıb.

Polisin məlumatına görə, partlayışı törətmiş intiharçı Salman Abedi ölkədə yaşayan 7 liviyalı miqrant ailələrindən birinin üzvüdür və ektremist qruplaşmaya daxil olub.

Britaniyada saxlananlar arasında onun böyük qardaşı İsmail Abedi də var. Liviyanın paytaxtı Tripolidə isə hüquq mühafizə orqanları onun balaca qardaşı vəatasını saxlayıb.

Polis Mançesterin Arena konsert-idman kompleksində törədilmiş partlayışda əli olanları axtarmaqda davam edir. Reydlər zamanı mayın 26-na keçən gecəpartlayış təhlükəsi ilə bağlışəhərkənarı Viqanda sakinlər müvəqqəti evakuasiya olunub.

Terror təhlekəsi Britaniyada yüksək həddə olaraq qalır. Hakimiyyət yeni terror olayının olacağını istisna etmir.

Bu gün Mançesterdə terror olayına görə təxirə salınmış 8 iyun parlament seçkisi öncəsi təbliğat kampaniyası bərpa edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG