Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:36

‘Azərbaycan nə Rusiyadır, nə İran...’ [mətbuat icmalı]


"Azərbaycan". Karikatura. Gündüz Ağayev.
"Azərbaycan". Karikatura. Gündüz Ağayev.

Ölkənin iqtisadi vəziyyəti, manatın taleyi və ABŞ konqresində Azərbaycan rəsmilərinə sanksiyaları nəzərdə tutan qətnamənin çıxarılması bu gün (30 sentyabr, 2017-ci il) medianın aparıcı mövzularındandır...

“Əgər qətnamə qəbul olunsa...”

Azadlıq.info” saytında “ABŞ sanksiyaları ağır nəticələr verəcək” sərlövhəli yazı oxumaq olar.

Buna da bax:​ ABŞ konqresmenləri Azərbaycan rəsmilərinə sanksiyalar istəyən sənəd təqdim ediblər

Yazıda bu günlər ABŞ konqresinə Azərbaycan rəsmilərinə ölkədəki vəziyyətlə bağlı sanksiyalar nəzərdə tutulan qətnamənin təqdim edilməsi dəyərləndirilir.

Müəllif hesab edir ki, artıq, bu layihə ilə bağlı hökumət təbliğatçılarının “erməni lobbisi” demaqogiyası işə yaramayacaq.

ABŞ. Ağ ev.
ABŞ. Ağ ev.

Yazıda vurğulanır ki, sənəddə insan hüquq və azadlıqlarının pozulmasından qaynaqlanan çox sadə səbəblər əks edilir və konqresmenlər bunu açıq şəkildə ifadə ediblər:

Buna da bax:​ Mehman Əliyev: 'Durum pisləşib, indi sanksiya məsələsi daha ciddidir' [video]

“Hazırda ölkəmizdə insan hüquq və azadlıqlarının durumu elə bir təhlükəli həddə çatıb ki, əgər kənardan təsirli müdaxilə olmasa yaxın gələcəkdə burada yaşamaq çox dözülməz olacaq. Sosial çətinliklərin məngənəsində sıxılan insanları bir tərəfdən də hüquqsuzluq tam çarəsiz hala salıb. Heç bir təqsiri olmadığı halda düşüncəsinə görə, fəal insanların qondarma ittihamlarla məhkum edilməsi ölkəmizdə adi hala çevrilib. Dövlətin bütün inzibati orqanları siyasi hakimiyyətin əlində nəhəng cəza aləti olaraq vətəndaşlar üzərində öz gücünü sınaqdan keçirir”.

Müəllif daha sonra belə bir suala cavab axtarır. Əgər belə bir qətnamə qəbul ediləcəksə, bu, ölkəyə nə vəd edir?

Buna da bax:​ Azərbaycan məmurlarına Amerika qadağası qoyula bilər [video]

Yazıda hesab edilir ki, əgər belə bir addım atılarsa bunun çox ciddi təsiri ola bilər. Müəllifin fikrincə, hətta bu hakimiyyətin sonunun başlanğıcı kimi dəyərləndirilə bilər:

“Azərbaycan nə Rusiyadır, nə İrandır, nə də Şimali Koreyadır ki, haqlı beynəlxalq təzyiqlərə duruş gətirə bilsin. Sanksiyaların psixoloji təsiri ilk növbədə sivil dünya ilə bütün diplomatik əlaqələrə çox mənfi təsir edəcək. Ölkənin ən ağrılı problemi olan Qarabağla bağlı çox ciddi siyasi-diplomatik zərbə alacağıq. İqtisadi sahədə də itkilərimiz qaçılmaz olacaq”.

Devalvasiya xofu

Novoye Vremya” qəzetində diqqəti “Mərkəzi Bank şayiələri dağıtdı, amma “iz”ləri qalmaqdadır” sərlövhəli yazı cəlb edir.

Buna da bax:​ Manatın devalvasiyası 'Azərbaycan paltaryuyanı' ilə bağlı idimi?

Yazıda bildirilir ki, Mərkəzi Bankın bu şənbə, sentyabrın 30-u banklardan ötrü iş günü elan etməsi bir çox şayiələrə səbəb olub. Hətta bəzi insanlar devalvasiya baş verəcəyi gümanı ilə bağlı xofa düşüblər.

Mərkəzi bank
Mərkəzi bank

Müəllifin qeyd etməsinə görə, Mərkəzi Bank şayiəni dərhal təkzib edərək bildirib ki, bu həqiqətəuyğun deyil və əməkdaşların işə çağrılmaları hesabların tamamlanması, hesab-kassa əməliyyatlarının keçirilməsilə bağlıdır.

“Hələ avqust ayında Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov KİV-lərə müsahibəsində bildirmişdi ki, ən azı bu ilin sonuna kimi digər valyutalara münasibətdə manat sabit qalacaq”, – deyə bankın mətbuat xidmətinin açıqlamasında vurğulanıb.

Buna da bax:​ BVF nümayəndəsi: 'İnflyasiya hələ də ikirəqəmlidir...'

Müəllif isə yazır ki, 2015-ci ildə baş verən devalvasiyalardan da öncə Mərkəzi Bankın rəhbəri manatın məzənnəsində ciddi dəyişiklik olmayacağını açıqlamışdı:

“Yəni, əgər Mərkəzi Bankın başçısı bu ilin sonuna kimi manatın sabitliyindən danışırsa, o zaman manatla hansısa dəyişiklərin olması istisna deyil. Odur ki, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, kommersiya bankları və başqa qurumlar cəmiyyətin yüksək etimadına nail olmaqdan ötrü çalışmalıdrlar”.

Müəllif hesab edir ki, manatın məzənnəsini süni şəkildə saxlamaq yaxşı heç nə vəd etmir. Bu uğurlu pul kredit siyasətilə əvəz olunmalı, iqtisadiyyat artmalıdır.

“Amma, hələlik ümumi daxili məhsul (ÜDM) azalır, xarici borc artır, qeyri-neft sektoru tam gücü ilə işləyə bilmir, inflyasiya isə artır”.

Buna da bax:​ 'Dövlət pulları talan edilib, amma bunu biz ödəməliyik'

Yazıda vurğulanır ki, belə halların mövcud olduğu yerdə manatın devalvasiya gözləntisi başa düşüləndir.

Dünyada öncül

Azərbaycan” qəzetində “Azərbaycan dünyada öncül yerdədir” sərlövhəli yazıda ölkənin iqtisadi durumu dəyərləndirilir.

Yazıda qeyd edilir ki, dünya maliyyə böhranı səngiməsə də Azərbaycan iqtisadiyyatı sabit şəkildə inkişaf edir və bu hakimiyyətin apardığı uzaqgörən iqtisadi siyasətin nəticəsidir.

Buna da bax: 2018-in büdcəsi 2017-dən nə ilə fərqlənəcək? [video]

"Neft gəlirləri", illüstrasiya.
"Neft gəlirləri", illüstrasiya.

Müəllifə görə, ölkədə iqtisadi islahatlar davam edir, neftdən asılılığın qarşısı alınıb, qeyri-neft sektorunun inkişafı prioritet elan edilib və şaxələnmə sürətlənib.

Yazıda vurğulanır ki, aqrar, sənaye sahəsində iqtisadi uğurlar əldə edilir. Müəllif daha sonra bu il sentyabrın 14-də imzalanan “Azəri, Çıraq, Günəşli” yataqlar bloku ilə bağlı yeni sazişin və Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz dəhlizi” layihəsinin üzərində dayanır.

Yazıda qeyd edilir ki, artıq ölkənin inkişafı beynəlxalq hesabatlarda da əksini tapır:

Buna da bax:​ Fuad Muradov: 'Biz son 25 ildə elə islahatlarla məşğuluq'

“Elə Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqdə 35-ci yerdə qərarlaşması qürur doğuran bir xəbərdir. Bu o deməkdir ki, Azərbaycan dünyanın ən mötəbər reytinqində Yer üzünün hər dörd ölkəsindən üçünü geridə qoyub. MDB məkanında isə liderliyini qoruyub saxlayır”.

Müəllif yazır ki, “2017-2018 Qlobal Rəqabətlilik Hesabatında” 12 indikatordan 9-u üzrə Azərbaycanın mövqeyi yaxşılaşıb, ən çox irəliləyiş də biznesin mürəkkəbliyi üzrə əldə edilib. Nəticədə Azərbaycan ümumilikdə siyahıda bir neçə pillə irəliləyib.

XS
SM
MD
LG