Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:22

Əhali banklardan əmanətlərini geri çəkir


Bank qarşısında (arxiv fotosu).

Azərbaycanda əhalinin banklardan əmanətlərini geri götürməsində yeni dalğa başlayıb.

Əmanətini geri götürməyə gələn müştərilərin sayı xeyli çoxalıb. Bəzi filiallar əmanəti dərhal geri qaytara bilmədikləri üçün müştəri ilə bank işçiləri arasında gərgin mübahisələr yaranır. (Marja)

Buna da bax:İqtisadiyyatda dollarlaşma azalmır

Əmanətçilər manatın günü-gündən dəyərdən düşməsindən narahatdırlar. Tam üzən məzənnəyə keçiddən sonra manatın dəyərdən düşməsinin daha da sürətlənməsi, USD/AZN məzənnəsinin tezliklə 2 manatı ötəcəyi barədə proqnozlar manat sahiblərini daha da narahat edir. Qısası, banklardakı manat təcili çıxardılaraq dollara çevrilir.

Bankların bir-birinin ardınca zərər açıqlaması, bu il bir neçə bankın bağlanacağının bəyan edilməsi də əmanətçiləri narahat edir. İndi Bankda Dollar əmanəti olanlar da pullarını geri götürməyə başlayıblar.

Buna da bax: Əmanətlər azalır

Bütün səylərə baxmayaraq maliyyə sektorunda sabitlik təmin olunmur. Üzən məzənnə mağazalarda ərzaqların qiymətlərinin artmasına səbəb olmaqla bərabər, bankları da da pis vəziyyətə salır.

Manat tam üzən məzənnəyə keçdiyi 12 Yanvar 2017-ci il tarixindən bu yana Manat Dollar qarşısında 5%-ə yaxın dəyərdən düşüb. Yanvarın 12-də 1.7742 manat səviyyəsində olmuş məzənnə yanvarın 23-dəki hərracda 1.8559 manat səviyyəsinədək qalxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG