Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:34

Banklar məzənnəni endirdi


Bakıda Exchange
Bakıda Exchange

Bu gün, yanvarın 11-də kommersiya bankları əhalidən valyuta alışının məzənnəsini endiriblər.

Yanvarın 10-u bir dolları 1,83-1,84 manata alan bir çox banklar indi alış məzənnəsini 1,77-1,78 manata endiriblər.

Azərbaycan Mərkəzi Bankı yanvarın 11-də dolların məzənnəsini dəyişməyərək 1,7742 manat səviyyəsində saxlayıb.

Buna da bax:​ Ekspert: Mərkəzi Bank 'qara bazar'ı çiçəkləndirir

İqtisadçı Natiq Cəfərli baş verənləri şərh edərkən deyib ki, bankların qərarları yanvarın 10-da keçirilən valyuta hərracı ilə bağlıdır.

“Adətən hərraca 30-40 mln. dollar çıxarılırdı. Yanvarın 10-da isə təklif 5-6 dəfə çox olub, ancaq dəqiq rəqəm məlum deyil”, - o bildirib.

İqtisadçı qeyd edib ki, valyuta hərracında təklifin artması düzgün qərardır:

Buna da bax: 'Manat üzərində basqının davam edəcəyi gözlənilir'

“Valyuta satışının bərpası ajiotajı səngidəcək, “qara bazar”ı zəiflədəcək, sahibkarları və əhalini sakitləşdirəcək”, - ekspert vurğulayıb.

N.Cəfərli deyib ki, banklar alış məzənnəsi ilə yanaşı dolların satış məzənnəsini də azaltmalıdır. Banklar dolları əsasən 1,8450-yə alırlar.

“Banklar 4 faizlik marjadan istifadə edərək valyuta əməliyyatlarından maksimum qazanc əldə etmək istəyirlər. Ancaq “qara bazar”ın tam aradan qaldırılması üçün valyutanın satış məzənnəsini də endirmək lazımdır”, - o bildirib.

Buna da bax:​ 'Əsas günahkarlar, başda Mərkəzi Bank olmaqla, bankirlərimizdir'

Onun sözlərinə görə, Dövlət Neft Fondundan Mərkəzi Banka 7,5 mlrd. manat transfert barədə hakimiyyətin qərarı da vəziyyətə təsir göstərib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG