Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:06

«Əmanətləri tam qaytarmağa gücümüz çatmasa...»


Azad Cavadov
Azad Cavadov

-

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov mətbuatda Fondun sığorta ehtiyatlarının az olması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

fins.az-a açıqlama verən fond rəhbəri deyib ki, hazırda Fondun sığorta ehtiyatları Avropa standartları ilə müəyyən edilmiş normadan iki dəfə çoxdur.

«Avropa standartlarına görə, əmanətlərin sığortalanması ilə məşğul olan fondun sığorta ehtiyatları bütün əmanətlərin 0.8%-i qədər olmalıdır. Yəni, bu gün Azərbaycanda 7.3 milyard manat əmanət varsa, ƏSF-nin sığorta ehtiyatları 58 milyon manat olmalıdır. Halbuki, bizdə bu rəqəm 109 milyon manatdır. Onu nəzərə almaq lazımdır ki, əmanətlərin böyük hissəsi böyük banklarda yerləşdirilib və onlarda sığorta hadisəsinin olması ehtimalı azdır. Nisbətən kiçik olan 20 bankda isə cəmi 100 milyon manat əmanət yerləşdirilib. Yəni, bu banklarda problem yaransa belə, Fondun əmanətləri qaytarmağa pulu var. Odur ki, əmanətlərlə bağlı narahatlığa ehtiyac yoxdur» – deyə Azad Cavadov qeyd edib.

«BİZ QAYTARA BİLMƏSƏK DƏ, DÖVLƏT QAYTARACAQ»

Azad Cavadov onu da əlavə edib ki, ƏSF-nin sığorta ehtiyatları bütün sığortalı əmanətləri qaytarmağa imkan verməsə, bu işi dövlət edəcək: «Bütün bank sisteminin çökməsi onsuz da mümkün deyil. Amma sığorta ehtiyatlarımız əmanətləri qaytarmağa imkan verməsə belə, əmanətlərin sığortalanması qanunvericiliyinə uyğun olaraq, Fond istiqraz buraxmaqla, ən pis halda dövlətdən vəsait cəlb etməklə əmanətləri qaytara bilər. Bu təcrübə başqa ölkələrdə də olub. Məsələn, 1998-ci ildə Yaponiyada, 2003-cü ildə Türkiyədə əmanətlər dövlətin hesabına qaytarılıb. Eləcə də yaxın dövrdə MDB-nin iki ölkəsində - Rusiyada və Ukraynada əmanətlərin sığortalanmasına cavabdeh fondların pulu çatmamışdı, dövlət əmanətçilərin pulunu qaytardı. Azərbaycanda da bunu etmək olar».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG