Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:06

İranda futbolçu qadınların cinsiyyəti yoxlanacaq


Foto (Arxiv)
Foto (Arxiv)

Indiyədək 7 futbolçu komandalardan çıxarılıb

Britaniyanın “The Daily Telegraph” qəzetinin Yaxın Şərq müxbiri Robert Tait yazır ki, İranın futbolçu qadınları icbari təftiş zamanı doğrudan da qadın olduqlarını sübut etməlidirlər.

Qəzet yazır ki, ölkənin futbol rəhbərliyi belə tədbirlərə, bir sıra qadın komandalarında, o cümlədən milli yığmada kişi cinsindən olan və ya cinsiyyəti dəyişdirən cərrahiyyə əməliyyatından tam keçməmiş, habelə seksual inkişaflarında problemli şəxsləri aşkar etdikdən sonra əl atmaq qərarına gəlib.

İranda cinsiyyət dəyişdirilməsi üçün cərrahiyyə əməliyyatları İslam inqilabının banisi Ayətullah Ruhollah Khomeini-nin fətvasına əsasən qanunidir.

Şərhçilər qeyd edirlər ki, ümumiyyətlə, bu fətva ölkənin əsas qanunu sayılan şəriətin cinsi mənəviyyat müddəaları ilə ziddiyyət təşkil edir.

İranın idman rəsmiləri bildiriblər ki, yeni qaydalara uyğun olaraq həkimlər ölkənin qadın futbolu üzrə premyer liqasının, o cümlədən mini-futbol komandalarının məşqlərinə qəfil reydlər edəcəklər.

Cinsiyyətini dəyişənlərə qadağan yoxdur

İran Futbol Federasiyasının tibb komitəsinin rəhbəri Ahmad Hashemian deyib ki, klubların özləri hər hansı futbolçu ilə kontrakt imzalamazdan əvvəl onun cinsiyyətini tibbi şəkildə yoxlayıb təsdiq etməyə borcludur.

O deyib ki, qadınlığını isbat edə bilməyənlər qadın futbolundan kənar edilməlidirlər.
“Əgər bu adamlar cərrahiyyə vasitəsilə öz problemlərini həll edə bilsələr, bundan sonra onlara qadın futbol yarışlarında iştirak etmək icazəsi veriləcək.” – deyib cənab Hashemian İRNA agentliyinə.

İranda cinsiyyətin dəyişdirilməsi məqsədilə əməliyyatlar aparılır və bütün proses hormon terapiyası da daxil olmaqla iki ilədək davam edə bilər.

7 futbolçu artıq xaric edilib

İRNA agentliyinin məlumatına görə, federasiyanın cinsiyyət sərancamı əsasında artıq 7 futbolçunun kontraktları ləğv edilib.

Deyilənlərə görə, İranda qadın futbolçuların cinsiyyəti barədə ilk narahatlıq 4 il əvvəl, komandalardan biri rəqib komandanın qapıçısı barədə şübhələrini rəsmən bildirdikdən sonra yaranıb.

Futbol İran qadınları arasında son dərəcə populyardır, hərçənd qadınlara kişi futboluna tamaşa etmək üçün stadionlara getmək qadağandır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG