Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:41

Rusiya rok ulduzu ingilisləri onun videosunu 'çırpışdırmaqda’ ittiham edir


Andrey Makareviç
Andrey Makareviç

Rusiyanın qocaman rok ulduzlarından Andrey Makareviç Britaniyanın Radiohead rok qrupunu məşhur “Maşina Vremeni” qrupunun 16 il bundan əvvəl çəkdiyi klipdən oğurluqda ittiham edib.

Hələ sovet vaxtlarından populyar olan nəğməkar şair Makareviç AzadlıqRadiosuna deyib ki, Radiohead qrupunun yeni klipində onun videosuna “aşkar bənzərliklərin” olmasına baxmayaraq britaniyalıları məhkəməyə vermək fikrində deyil. Makareviç sözü gedən paralellərin plagiat kimi qiymətləndiriləcəyinə şübhə edir.

Sentyabrın 13-də 63 yaşlı xalq artisti Makareviç özünün Facebook səhifəsində yazıb: “Radiohead qrupu özünün “İşıq olan yerdə” klipini bizim Maşina qrupunun 11 sentyabr 2001-ci ildə yazdığı “Lift” adlı klipdən kobud şəkildə çırpışdırıb”.

“Sadəcə bənzərlik?” – yazıb musiqiçi və o, Radiohead qrupunun sentyabrın 12-də YouTube kanalında yerləşdirilmiş videosuna link verib.

Makareviç daha sonra davam edir: "Bu bənzərlikdən də o yana keçir. Bəzi kadrlar birə-bir üst-üstə düşür. Biz klipimizi 20 il əvvəl çəkmişik və təbii ki, əvvəlcə biz olmuşuq. Vəssəlam”.

Makareviçin “Maşina Vremeni” qrupu Rusiyanın ən köhnə, lakin fəal qruplarından biridir.

Hər iki klipdə qrupun əsas simaları görünür. Radiohead videosunda bu, Thom Yorke-dir. Klipdə qrup liftlə qalxır. Müxtəlif mərtəbələrdə liftin kabinəsinə müxtəlif insanlar minir və düşürlər. Bəzi kamera çəkilişi bucaqlarında da bənzərliklər var. Lakin mahnı mətnləri və ikinci dərəcəli obrazlar əhəmiyyətli dərəcədə fərqlidir.

Lakin AzadlıqRadiosunun müxbiri Tom Balmforth yazır ki, Makareviçin “əvvəl biz olmuşuq” deməsinə baxmayaraq,Radiohead “Lift” mahnısını ilk dəfə 1996-cı ildə oxuyub. Hərçənd mahnının klip forması bu yay yazılıb və qrupun “OK” adlı albomunun 20 illik yubileyinə həsr edilib. Mahnının sözləri “liftdə ilişib qalmış birisi” haqqındadır.

Britaniyanın The Beatles qrupunun pərəstişkarı olan Makarevich “Maşına Vremeni” qrupunu Sovet İttifaqında 1969-cu ildə yaradıb və o vaxtdan bəri bu qrupa başçılıq edir.

Əvvəllər hökumətə nisbətən müxalif mövqe tutan Makareviçin qrupu 2008-ci ildə Qırmızı meydanda Putin və Medvedevə dəstək konserti verib.

Amma lap bu yaxınlarda qrupa olan münasibət yenidən dəyişib. Buna səbəb Makareviçin Rusiyanın Ukraynaya müdaxiləsini uca səslə tənqid etməsi olub. Buna görə Rusiya Dumasının deputatları onu “xain” elan ediblər. Bunun ardınca qrupun bir sıra konsert və görüşləri ləğv edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG