Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 16:49

Mahmud Abbas İsraillə əlaqələri dondurdu


Israil -Qüdsün qədim hissəsində fələstinlilərə qarşı gözyaşardıcı qaz istifadə edilir. 21 iyul

Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas iyulun 21-də İsraillə bütün əlaqələri müvəqqəti dondurduğunu bildirib.

Bu onun Qüdsdə həm müsəlmanlar, həm də yəhudilər üçün müqəddəs olan ziyarətgahda baş vermiş hadisəyə reaksiyasıdır.

İsrailin təhlükəsizlik qüvvələri cümə günü Haram al-Sharif məscidinə (yəhudilər ona Məbəd dağı deyir) 50 yaşdan yuxarı kişilərin girişini təhlükəsizlik tədbirlərini əsas gətirərək müvəqqəti yasaqlayıb.

Məscidin girişinə metal detektoru qoyulub. Müsəlman ruhanilər namaz qılmağa gələnlərə detektor yığışdırılanacan içəri girməmək haqda göstəriş verib.

Onlar da içəri girməyərək məscidin qarşısında namaz qılıb, bununla da yeni təhlükəsizlik qaydalarına etiraz edib.

Amma bir qədər sonra etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib, üç fələstinli öldürülüb.

İsrail tərəfi həmin gün axşam 3 israillinin bıçaqlanaraq öldürüldüyünü də bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG