Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 00:47

Venesuelada qalmaqallı seçkilər keçirilir


Prezident Nicolas Maduronun tərəfdarları (Arxiv)

İyulun 30-da Venesuelada Konstitusiya Assambleyasına seçkilər keçirilir.

Müxalifət xeyli müddətdir ki, bu seçkiyə etiraz edir, bununla bağlı aksiyalarda 100-cən adam ölüb.

Prezident Nicolas Maduronun təşəbbüsü ilə baş tutan seçkilərdə yeni yaradılmış bu assambleyanın üzvləri seçiləcək, onlarsa öz növbəsində Konstitusiyaya dəyişikliklər hazırlayacaq.

Müxalifət hesab edir ki, Ana Yasanı yalnız xalq referendum yolu ilə dəyişə bilər.

Müxalifət indi ölkə parlamentinə nəzarət edir. Yeni assambleya formalaşandan və Konstitusiya dəyişəndən sonra parlament bir sıra səlahiyyətlərini itirə bilər. ​

Dünyanın ən böyük neft ehtiyatlarından birinə sahib olan Venesuelada dünyada neftin ucuzlaşmasından sonra iqtisadi və siyasi böhran başlayıb.

Müxalifət Maduronu istefaya çağırır.

Buna da bax: Venesuelada polislə etirazçılar toqquşub

Venesuelada polislə etirazçılar toqquşub
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG