Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:14

Macron Putinə xatırladır ki, Avropa ABŞ-ın müttəfiqi olaraq qalır


Fransa prezidenti Emmanuel Macron Rusiya prezidenti Vladimir Putinə deyib ki, ticarət, İran sazişi və başqa məsələlərdəki fikir ayrılığına baxmayaraq Avropa Birləşmiş Ştatlarla təhlükəsizlik və müdafiə alyansına sədaqətli olaraq qalır.

Mayın 25-də Sankt Peterburqda keçirilən biznes forumunda Macron özünün ABŞ prezidenti Donald Trump-la münasibətlərinin möhkəm olduğunu və “fikir ayrılığı olan məsələlərin mövcudluğuna baxmayaraq” Amerika lideri ilə birlikdə işləmək vəzifəsinə sadiq qaldığını bildirib.

Fransa prezidenti Trump-ı İran-ın nüvə proqramına dair danışıqlara qaytarmağa çalışacağını deyib, habelə Trump-ın ABŞ səfirliyini Yerusəlimə köçürmək qərarını tənqid edib. O xatırladıb ki, ABŞ-ın Avropa müttəfiqləri Vaşinqtonun bu addımı atmasının əleyhinə olublar.

Macron Putinə bunu da deyib ki, Ukrayna məsələsində tərəqqi əldə olunmayanadək Avropa İttifaqının Rusiya üzərindəki sanksiyaları qaldırlmayacaq:

"Top Rusiyanlın və Ukraynanın meydançasındadır. Əgər heç nə edilməsə, biz sanksiyaları qaldırmayacağıq. Biz bunu Vladimir Putinlə müzakirə etmişik”.

Macron əlavə edib ki, Avropa İttifaqı liderləri iyul ayında görüşərək Rusiya üzərinə Ukraynadakı təcavüzünə görə qoyulmuş sanksiyaların müddətinin uzadılması məsələsini müzakirə edəcəklər.

Bu fikir ixtilaflarına baxmayaraq Putin Macron-u Sankt Peterburqda keçirilən tədbirdə yüksək qonaq kimi qəbul edib.

Fransa bu foruma ən böyük nümayəndə heyəti – 170 nəfərlə gəlib. Ümumilikdə isə Beynəlxalq İqtisadiyyat Forumunda 70 ölkədən 1400-dək şirkət nümayəndəsi iştirak edib.

Putin deyib ki, ötən il onun ölkəsinin Fransa ilə ticarəti 25 faiz artıb.

Bu tədbir zamanı Fransanın Total şirkətinə Rusiya Arktika qazına çıxış verən saziş imzalanıb.

Bu sazişdən bir neçə gün əvvəl Total ABŞ-ın gözlənilən sanksiyalarına görə İranla böyük qaz müqaviləsini tərk edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG