Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:10

Lukashenka:"Avrasiya bazarı hansısa bir ölkənin bazarı deyil"


Aleksandr Lukashenka

Belarus prezidenti Aleksandr Lukashenka Moskvanı dolayısı ilə keçmiş Sovet Respublikaları ilə ticarətdə hökmüranlığa cəhddə günahlandırıb.

Azadlıq Radiosunun məlumatına görə, o, aprelin 21-də parlamentdə şıxışında Avrasiya İqtisadi Birliyi ölkələri arasında bərabər və qarşılıqlı əlaqlər qurmağın çətin olduğunu deyib.

Lukashenko bildirib ki, Avrasiya İqtisadi Birliyində ticarət dövriyyəsinin azalamasına himayədarlıq səbəb olub.

O, iqtisadi sahədəki problemləri aradan qaldırmaq üçün üzv ölkələri səyləri birləşdirməyə çağırıb.

Foto arxiv
Foto arxiv

“Təəssüf ki, himayədarlıq bu quruma mənfi təsir göstərdi və bu onun üzvləri arasında ticarət dövriyyəsinin azalmasına səbəb oldu. Biz daima münasibətlərimizi aydınlaşdır, bir-birimizi günahlandırır, ümumi kredit fondunu bölə bilmirik. Əsas bir şeyi bilməliyik ki, Avrasiya İqtisadi Birliyi-nin bazarı hansısa bu və ya digər ölkənin bazarı deyil, bu bizim ümumi bazarımızdır və bunu inkişaf elətdirməklə istənilən sanksiyanın öhtəsindən gələ və bu iqtisadi qarşıdurmadan qalib kimi çıxa bilərik” Lukashenko deyib.

Lukashenka eyni zamanda qeyd edib ki, Belarusla Rusiya arasında strateji münasibətlər mövcuddur və prezident Vladimir Putinlə etibarlı əlaqələr qurublar.

Vladimir Putin və Alyaksandr Lukashenka
Vladimir Putin və Alyaksandr Lukashenka

Şərhçilər hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyindən istifadə edərək Moskvanın keçmiş Sovet Respublikaları üzərində nüfuzunu saxlamağa və bununla Avropa Birliyinə qarşı durmağa çalışır.

Avrasiya İqtisadi Birliyinə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir. Qurumun şurası isə bu günlərdə Bişkek sammitində Moldovaya birlikdə müşahidəçi statusu verilməsini qərara alıb.

RİA Novosti yazır ki, Lukashenko həmçinin NATO ölkələrini alyansın şərq sərhədlərində silah yerləşdirməyə yox, əməkdaşlığa çağırıb.

“Biz müharibə istəmirik. Nəyə görə sərhədlərimizdə silah yerləşdirirsiniz ? Gəlin bir yerdə, bir-birimizi aldatmadan qarşılıqlı addımlar ataq. Birlikdə həll etməli olduğumuz problemlərimiz var” deyə Lukashenka vurğulayıb.

Qeyd edək ki, NATO-nun Varşavada keçirilən son sammitində alyansın şərq cinahının gücləndirilməsi barədə qərar qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG