Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:15

Britaniyada 60-dək bina təhlükəsizlik testindən keçməyib


Londonda 27-mərtəbəli binadakı yanğında ölənlər var
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

Londonda 27-mərtəbəli binadakı yanğında ölənlər var

Britaniyada yanğın təhlükəsizliyi testindən keçməyən çoxmərtəbəli binaların sayı 60-a çatıb.

Ölkə rəsmiləri bu rəqəmi iyunun 25-də açıqlayıb. Bir gün öncə hökumət 34 çoxmərtəbəli binanın təhlükəsiz olmadığı açıqlamışdı.

İcmalar üzrə nazir Sajid Javid deyib ki, 60 binanın hamısının üzləndiyi material alışma testindən keçə bilməyib və bu rəqəmin ciddi artacağı gözlənir.

«The Telegraph» qəzeti ekspertlərə istinadla yazır ki, yenidən üzləmə işləri hökumətə 600 milyon funt sterlinqdən (765 milyon dollar) baha başa gələ bilər.

İyunun 14-də Londonda «Grenfell» yaşayış kompleksindəki yanğında azı 79 nəfər həlak olub. Bundan sonra digər binaların təhlükəsizlik yoxlaması aparılır. Ölkə üzrə 600 binada oxşar yoxlama aparılır.

800 AİLƏ KÖÇÜRÜLÜB

Həmin yanğının sürətlə yayılmasının əsas səbəbi binanın daha yaxşı görünməsi məqsədiylə istifadə olunan material göstərilib.

Cümə günü Londonun Kamden rayonunda beş binadan 800 ailə köçürülüb. Bu zaman binaların üzlükləri dəyişdirilib.

Bina yanğından sonra
Bina yanğından sonra

CNN Yerli Hökumət Assosiasiyasına istinadla yazır ki, bu, heç də yanğın testindən keçməyən digər binaların sakinlərinin köçürüləcəyi anlamına gəlmir.

Londonun meri Sadiq Khan «Chalcots Estate» kompleksində köçürməni konkret durumun vacibliyi ilə izah edib.

Kamdenin kansleri Georgia Gould ötən həftə elan edib ki, həmin binaların sakinlərinin təhlükəsizliyi təmin olunmur və yanğınsöndürmə rəsmiləri onların köçürülməsini zəruri sayıb.

200 NƏFƏR EVİNDƏN ÇIXMAYIB

Yanğın müfəttişləri yanğın qapıları və qaz xətlərində problemlər aşkarlayıblar.

Ancaq azı 200 nəfər evindən çıxmaq istəməyib. Yüzlərlə sakin isə otellərə və müvəqqəti məkanlara yerləşdirilib.

CBS hazırda 4 mindən çox adamın evindən çıxmağa məcbur qaldığını yazır. Ancaq bu rəqəmin daha da artacağı gözlənir.

Köçürülən binaların sakinlərinin çoxu məlumatsızlıqdan və çaşqınlıqdan gileyləniblər. Rəsmilər əvvəlcə bir binanın evakuasiya olunacağını bildirsə də, sonradan bu rəqəm 5-ə qaldırılıb, daha sonra 4-ə salınıb. Bəzi sakinlər deyiblər ki, evakuasiya barədə öncə televizordan eşidiblər, onlara rəsmi informasiya nisbətən gec verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG