Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:01

Londonda terror şübhəliləri həbs edilib


Londonda hökumət binalarının yaxınlığında bıçaqlarla silahlı şübhəli həbs edilib
Londonda hökumət binalarının yaxınlığında bıçaqlarla silahlı şübhəli həbs edilib

Britaniyanın London və Kent şəhərlərində keçirilmiş antiterror reydləri zamanı 4 nəfər həbs edilib.

Londonun şimalındakı fərdi evlərin birində polislə qarşıdurmada bir qadın xəsarət alıb.

Bu reydlər bundan əvvəl, aprelin 27-də Londonda hökumətin yerləşdiyi iqamətgahın yaxınlığında həyata keçirilmiş həbs əməliyyatı ilə bağlı deyil.

Həmin əməliyyat zamanı bıçaqlarla silahlanmış bir nəfər həbs edilib. O terror aktına hazırlaşmaqda şübhəli bilinir.

Londonun şimalında keçirilmiş reyd zamanı isə 16 yaşlı oğlan və 20 yaşlı qadın həbs ediliblər. Bu evdə baş vermiş atışmada qadın yaralanıb. Hadisə yerinin yaxınlığında başqa bir 20 yaşlı kişi həbs olunub.

Bundan başqa İngiltərənin Kent şəhərində 43 yaşlı qadın həbs edilib.

Həbs olunanların dördü də terrorçu aktlara hazırlıqda şübhəli bilinir və hazırda polis məntəqəsində saxlanır.

Güllə yarası almış qadın xəstəxanadadır və ona polislər keşik çəkirlər.

Polis bildirib ki, həbslərin həyata keçirildiyi ev xüsusi xidmətlərin müşahidəsi altında idi.

Londonun başqa yerlərində də bu həbslərlə bağlı axtarışlar aparılıb, lakin dəqiq ünvanlar bildirilmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG