Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:33

Necə olub ki, Azərbaycan 79 ölkə arasında 2-ci yer tutub?


"Çiçəklənən ölkə". Karikatura. Gündüz Ağayev.

Azərbaycan 79 inkişaf etməkdə olan ölkə arasında Litvadan sonra 2-ci yer tutub.

Yeri gəlmişkən...

Qonşu ölkələrdən Rusiya – 13-cü, İran – 21-ci, Gürcüstan – 31-ci və Ermənistan 50-ci yerdə qərarlaşıb. Hesabatda deyilir ki, inkişaf etməkdə olan ölkələrin 18-də İnklüziv İnkişaf İndeksi - IDİ adambaşına düşən ÜDM-dən 9 vahid və ya daha yüksəkdir. Bu ölkələrdən altısında – Azərbaycan, Nikaraqua, Vyetnam, Kamboca, Banqladeş və Nepalda IDI adambaşına ÜDM göstəricilərindən 20 pillə yuxarıdır. “Bu da onu göstərir ki, bu ölkələrin inkişaf modeli adambaşına gəliri daha yüksək olan ölkələrdən daha balanslı və inklüzivdir”, – sənəddə belə deyilir.

Buna da bax:​ Hökumət İslam Bankından qrant aldı

Qurumun hesabatları birmənalı qarşılanmr. Başlıca səbəb – WEF-in daha çox rəsmi statistikaya əsaslanmasıdır.

“Çox yarımçıq indeksdir”

İqtisadçı ekspert Zöhrab İsmayılın fikrincə, sənəd çox yarımçıqdır və hədəfi bilinməyən indeksdən başqa bir şey deyildir: “İstifadə olunan məlumatlar 2011-ci ildən 2015-ci ilədək müxtəlif dövrləri əhatə edir. Üzərinə 2017 rəqəmini yapışdırmaqla yeni nəticə kimi təqdim etməyə çalışırlar. Məqsəd nədir? Bəlkə Azərbaycan kimi özünü kağız üzərində öndə görmək istəyən ölkələrin sifarişidir bu?”.

Ekspert sual edir ki, inkişaf etməkdə olan ölkələr arasında adambaşına düşən Ümumi Daxili Məhsula görə 24-cü yerdə olan ölkə hansı "müstəsna inkişaf" baxımından 2-ci ola bilər?

Buna da bax: Azərbaycan 'aşağı orta gəlirli' ölkəyə çevrilib

“Tarixini 2017 qoysalar da...”

“Bir də bəzi göstəricilər var ki, Azərbaycan statistikası onu saxtalaşdırır. Məsələn, işsizliyin, ya da yoxsulluğun səviyyəsi. Azərbaycanın Dövlət Statistika Komitəsi - DSK deyir ki, manatın 97 faiz devalvasiyaya uğradığı 2015-ci ildə yoxsulluq 5%-dən 4.9%-ə düşüb. İndi biz buna inanmalıyıq? Bu hesabat da belə göstəriciləri nəzərə alıb. Tarixini 2017 qoysalar da, 2015-2016-cı illər üzrə mühüm prosesləri nəzərə almayıblar”, Zöhrab İsmayılın şərhidir.

Ekspertlərdən Ülvi Əmrahsoy da hesabatın rəsmi statistikaya əsaslandığını xatırladaraq deyir: “Rəsmi statistikada bizdə yoxsulluq 5% göstərilir. Reallıqda isə belə deyil”.

Buna da bax:​ Saatbasaat böyüyən şirkət

“Bu hesabat ciddi qəbul olunmur”

Ülvi Əmrahsoy indeksdə Azərbaycanın, ondan öndə olan Litvadan ciddi fərqlərinə diqqət çəkir: “Litva ilə bizim iqtisadi imkanlarımız eyni deyil. Bizdə iqtisadiyyatda monopoliya, gəlir bölgüsündə ədalətsizlik var. Azərbaycanda statistik göstəricilər siyasiləşib. Litvada isə tam şəffafdır”.

Ekspert əlavə edir ki, ola bilər, bir qrupun həyat səviyyəsi çox yüksəkdir, ancaq əksəriyyət gündəlik tələbat mallarına olan ehtiyacını güclə ödəyir. “İqtisadi imkanlar yalnız rüşvət və korrupsiya hesabına mümkündür. Azad rəqabət yoxdur, məmur sahibkarlığı mövcuddur. Bu hesabat rəsmi statistikaya əsaslanıb və ciddi qəbul olunmur”.

XS
SM
MD
LG