Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 20:12

Litvada Azərbaycanda siyasi məhbuslara azadlıq tələbilə askiya keçirilib


Azərbaycanlı fəalların Litvada etiraz aksiyası. 15 sentyabr, 2017

Avropaya sığınan bir qrup mühacir dünən, sentyabrın 15-də Azərbaycanın Litvadakı səfriliyinin qarşısında siyasi məhbus sayılan şəxslərə azadlıq tələbi ilə etiraz aksiyası keçiriblər.

Aksiyanı Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzi (AKM) təşkil edib. AKM-in yaydığı məlumata görə, aksiyanın şüarı “Siyasi məhbuslara azadlıq!” olub.

Verilən məlumata görə, Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin üzvləri Sənani Nəsirov, Azad Həsənov, Cavid Imanov və Təranə Həsənova Azərbaycanda insan haqlarının durumundan narazılıq ifadə ediblər.

Litvada etiraz aksiyası
Litvada etiraz aksiyası

İştirakçılarAzərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlıya,REAL lideri İlqar Məmmədova, jurnalistƏfqan Muxtarlıya və digər siyasi məhbus sayılan şəxslərə azadlıq tələb ediblər.

Bunlara da bax: Avropa şəhərlərində Azərbaycanda həbsdə olan fəallara azadlıq istənilib…

Cəmil Həsənli: "Həbslərin arxasında İlham Əliyev dayanır"

Xatırlatma

Müsavat Avropa Koordinasiya Mərkəzi 2015-ci ildə Almaniyada təsis edilib və 2016-cı ildə qeydiyyata alınıb.

Koordinasiya Mərkəzi bu il Almaniyada bir neçə dəfə «Siyasi məhbuslara azadlıq!» şüarı ilə etiraz aksiyası keçirib. Həmin aksiyadan sonra etiraz tədbirlərinin təşkil edən, eləcə də, aksiyada iştirak edənlərin Azərbaycandakı yaxınlarının polisə çağırıldığı, sorğu-sual edildiyi bildirilirdi.

Azərbyac rəsmiləriölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Müsavat Avropa Koordinasiya Mərkəzi bundan əvvəl ötən həftə sonu Almaniyada həmin günlərdə həbsdə olan “Turan” Agentliyinin direktoru Mehman Əliyevə azadlıq tləbi ilə etiraz askiyası keçirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG