Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 02:24

NATO qoşunları Litvaya yeridildi


NATO əsgərləri Vilnüs hava limanında

NATO-nun ilk 1200 əsgərlik hərbi qüvvəsi Litva ərazisinə gətirilib.

Bundan əvvəl Vilnüs, qonşusu Rusiya tərəfindən təcavüzkarlığın artmasından narahatlığını ifadə etmişdi.

Əsgəri qüvvəyə Almaniya zabitləri komandirlik edirlər.

Xəbər verilir ki, Klaypeda portuna daha 100 Belçika əsgəri və 50-dək hərbi texnika gətirilib.

Bura Rusiyanın Polşa və Litva arasında olan ərazisindən – Kalininqrad vilayətindən 60 kilometrlik məsafədə yerləşir.

Rusiya bu yaxınlarda burada uzaqmənzilli raket sistemləri yerləşdirib.

Belçika, Almaniya, Hollandiya və Norveçdən olan hərbçilər Litvanın Rukla hərbi bazasında mənzillənəcəklər.

NATO-nun ötən il Varşavada keçirilən sammitində alyans Rusiya və Belarusla həmsərhəd ölkələrdə öz qüvvələrini yerləşdirmək qərarı qəbul etmişdi.

Baltikyanı ölkələrdə narahatdırlar ki, öz hərbi əzələlərini Gürcüstan və Ukraynada nümayiş etdirmiş Moskvanın növbəti hədəfi Litva, Latviya və Estoniya ola bilər.

Bu ayın əvvəllərində Baltikyanı dövlətlərin narahatlığına son qoymaq üçün Avropanın şərq cinahlarına ABŞ Xüsusi Qüvvələri yeridilib.

May ayında Britaniya Estoniyaya 800 əsgərlik batalyon göndərəcək. Daha sonra isə bu ölkəyə fransız və danimarka əsgərləri də gətiriləcək.

Bu arada Kanada Latviyaya 450 hərbçi göndərir.

Ötən oktyabrda Rusiya Kaliniqradda nüvə başlığı daşıya bilən İskander raketlərini yerləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG